Daşkənddə “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı oldu – FOTO

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın Azərbaycanın Özbəkistandakı səfirliyinin və nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyilə ilə ərsəyə gələn və nəfis şəkildə özbək dilində çap olunan “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.

Kitab Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi olan kitab Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilib.

Tədbir iştirakçıları və tərcüməçi haqqında məlumat

Mərasimdə səfirliyimizin və AMM-nin əməkdaşları, elm və mədəniyyət xadimləri, ziyalılar, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Kitabı özbək dilinə alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib.

Babaxan Məhəmməd Şərifin təqdimatı

Təqdimat mərasimini Babaxan Məhəmməd Şərif açaraq bu kitabın Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, ailə həyatı, fəaliyyəti haqqında misilsiz mənbə olduğunu diqqətə çatdırıb, tərcümə prosesindəki işindən danışıb.

Səfir Hüseyn Quliyevin çıxışı

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında danışıb. O deyib ki, yazıçı tərəfindən Ulu Öndər Heydər Əliyev və postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında qələmə alınmış, tutarlı fakt və materialları özündə əks etdirən kitabların müəllifi kimi tanınır.

Kitabın məzmunu haqqında

Hüseyn Quliyev bildirib ki, “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabında xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin – Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətlərindən söhbət açılır.

Səfir deyib ki, bu qiymətli kitabda Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyatı, bu böyük şəxsiyyətlərin gəncliyi, onların ailə münasibətləri, həyatlarının ən yaddaqalan, sevincli məqamları haqqında məlumatlar, eləcə də bu ailəyə yaxın insanların xatirələri yer alıb.

Əhmədcan Melibayevin fikirləri və Elmira Axundovanın təltifi

Özbəkistan Yazıçılar İttifaqının “Cahan ədəbiyyatı” jurnalının baş redaktoru Əhmədcan Melibayev deyib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də bu ölkələrin mədəniyyət sahəsində əlaqələrinin inkişafında həmişə mühüm rol oynayıb.

O, Özbəkistan Yazıçılar İttifaqının təşəbbüsü ilə “Türk dövlətlərinin ədəbiyyat inciləri” adlı 100 cildlik kitabın çap olunduğunu, 16 cildin Azərbaycan ədəbiyyatına həsr edildiyini vurğulayıb. Sonra o, Elmira Axundovanın Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçildiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb, üzvlük vəsiqəsini Elmira Axundovaya təqdim edib.

Alim və yazıçıların çıxışları

Filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, Özbəkistan Yazıçılar İttifaqının üzvü İsmat Kuçiyev, professor Cəmilə Şermuxammedova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Elmira Axundovanın yekun çıxışı

Sonda Elmira Axundova “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı üzərindəki işindən danışaraq deyib ki, altıcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı üzərində işlədiyim dövrdə Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə tanışlığı, ailə münasibətləri haqqında da kifayət qədər material toplamışdım. Ona görə də düşündüm ki, bu haqda ayrıca bir kitab ortaya qoymalıyam. Beləliklə fəaliyyətə başladım və kitab hazır oldu.

Elmira Axundova kitabın təqdimatına görə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevə, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, Özbəkistan Yazıçılar İttifaqına, əsəri tərcümə edən Babaxan Məhəmməd Şərifə və iştirakçılara minnətdarlıq edib.

Kitabın bölmələri və vizual materiallar
 

Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)", "Sevmək haqqı", "Əks-kəşfiyyatçının şəxsi həyatı", "Ordinatorluqdan akademikliyə", "Lider", "Respublika rəhbərinin xanımının gündəlik həyatı", "Qalstuksuz" Heydər Əliyev (XX əsrin 70-ci illəri)", "Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)", "O, əzablarını sona qədər gizlətdi..." və "Ölümə qalib gələn məhəbbət" adlı bölmələrdən ibarətdir.


Qeyd edək ki, nəşrə Ulu Öndərin və Zərifə xanımın həyatından maraqlı anları təcəssüm etdirən çoxsaylı fotolar daxil edilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

DÇ-2026: İngiltərə - Argentina oyunu başladı - CANLI

DÇ-2026: İngiltərə - Argentina oyunu başladı - CANLI

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

End of content

No more pages to load

RADİO