Məmmədxanova yarım milyonu kriptovalyutada itiribmiş...

Xəbər verdiyimiz kimi, “Premium Bank” ASC-nin 5 saylı filialının müdiri Nəzakət Məmmədxanova bankın yarım milyon manata yaxın pulunu mənimsədiyi üçün 7 illik həbs olunub.

Bizim.Media xəbər verir ki, N.Məmmədxanova ifadəsində banka məxsus olan 461 min manatı və özünün 120 min manat (581 min manat) pulunu kriptovalyuta bazarında itirdiyini deyib.

O bildirib ki, 2024-cü ilin aprel ayında Artyom Romanov adlı xarici vətəndaşla tanış olub və həmin şəxsin vasitəçiliyi ilə kriptovalyuta birjasında iştirak etməyə başlayıb:

“Həmin şəxs mənə müxtəlif vədlər vermişdi, çoxlu pullar qazanacağımızı, capital.com, binance.com saytında və Azərbaycanda fəaliyyət göstərən proqramlardan birində öz kartımı qeydiyyatdan keçirməli olduğumu demişdi. Bu saytlarda kriptovalyuta işi ilə məşğul olaraq pulu kriptovalyutaya çevirə bildiyimi izah etmişdi. Artyom broker olduğunu və mənə investisiya-kripto işini öyrədəcəyini, müxtəlif biznes sahələrinə kriptovalyuta şəklində pul qoyuluşundan yüksək məbləğdə gəlir əldə ediləcəyini bildirmişdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra filiala məxsus pulları 1 ay içində kriptovalyuta işlərinə qoyub, özünə məxsus 120 min manatdan artıq vəsaiti də Artyomun dediyi kimi hesablara yerləşdirib:
 

“Pulun hamısı dediyi kimi komissiyalar, pulun sığortası, birjalar üçün proqram vasitəsilə dediyi istiqamətdə binance.com-a köçürüldü. Lakin sonra filialın xəzinədarı Samirə xanım mənə işləmək üçün pulun qalmadığını bildirəndə vəziyyətin pisləşdiyini görüb bankın rəhbərliyinə məruzə etdim.


Artıq qeyd edilən saytlar tərəfindən aldadıldığımı başa düşdüm. Həmin vaxt Samirəyə özümü öldürəcəyimi demişdim, lakin bunu hədə-qorxu gəlmək məqsədilə deməmişdim. Sadəcə özümü itirmişdim, nə hərəkət edəcəyimi bilmirdim. Köçürülən vəsaitlərdən heç bir qəpik də götürməmişdim. Bank rəhbərliyinə mənə pulları geri qaytarmağım üçün vaxt vermələrini xahiş etmişdim. Samirənin mənim işlərimdən məlumatı olmayıb, pulun özümə lazım olduğunu demişdim. Yalnız axırdan-axıra ona bütün vəziyyəti danışdım. Hansı ki, o vaxta qədər təxminən 200 000 manat pul artıq xəzinəyə mədaxil edilmədən mədaxil qəbzləri yazılmışdı”.

N.Məmmədxanova qeyd olunan əməlləri törədərkən özündə olmadığını əlavə edib:

“Psixoloji asılılıq vəziyyətində olmuşam, buna görə hətta 2 saylı Psixiatriya xəstəxanasında müalicə də aldım. Bu məsələnin həll olunması üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdim, aldadılmağımla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlandı.

Aparılan bütün əməliyyatlar, yəni həm proqrama, həm banka, həm də onun özünə nə qədər pullar köçürülməsi və bir qəpik belə həmin puldan özümə götürmədiyim tam olaraq öz təsdiqini tapdı.
 

Həmin işdə də mən zərərçəkmiş kimi tanındım. Bütün bunlara baxmayaraq, istintaq orqanı tərəfindən siyahıya alınmış əmlaklarım, yəni Qusar rayonunun Hil kəndində olan 22 sot torpaq, Goradildə 12 sot + 2 sot torpaq sahəsində olan yarımtikili torpağı ilə birlikdə banka vurulmuş maddi zərəri ödəmək məqsədilə satışa çıxarıldı”.


Bildirilib ki, cinayət işində xəzinədar Samirə Əliyeva da təqsirləndirilib. O, banka dəymiş zərərdən 40 min manatını ödəyib və bank ona qarşı olan şikayətini geri götürüb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Samirə Əliyevaya isə şərti cəza verilib. N.Məmmədxanovanın əmlakları satış üçün hərraca çıxarılıb. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

DÇ-2026: İngiltərə - Argentina oyunu başladı - CANLI

DÇ-2026: İngiltərə - Argentina oyunu başladı - CANLI

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

Paytaxta axının qarşısı belə alınacaq — Açıqlandı

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

Argentinanı DÇ-2026-dan uzaqlaşdırmaq üçün 9 milyon insan İMZA ATDI

End of content

No more pages to load

RADİO