Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.
Qəza zamanı 1977-ci il təvəllüdlü V. Abbasov, 1970-ci il təvəllüdlü G. Məmmədova, 1997-ci il təvəllüdlü R. Əfəndiyev, 1998-ci il təvəllüdlü M. Əlizadə və 1989-cu il təvəllüdlü N. Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Bizim.Media