Qəzalı binalarla bağlı MÜHÜM MƏLUMAT

Hökumət qəzalı vəziyyətdə olan binaların son statistikasını açıqlayıb. Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapan məlumata görə, Bakı şəhəri üzrə 187 ünvanda yerləşən 6.1 min mənzil, Sumqayıt şəhəri üzrə 21 ünvanda yerləşən 464 mənzil və Gəncə şəhəri üzrə 11 ünvanda yerləşən 708 mənzil olmaqla, ümumilikdə qəzalı binalara dair 219 ünvan üzrə 7.3 min mənzillə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmiş siyahılar təhlil edilib və məsələnin həlli üzrə aidiyyəti dövlət orqanlarının iştirakı ilə İşçi qrup yaradılıb. Bakı şəhəri üzrə 92 ünvanda inventarizasiya işləri başa çatdırılıb, digərləri üzrə isə bu işlər müxtəlif mərhələlərdə davam etdirilir. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulub.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, qəzalı binada yaşayan insanlar problemin həllini gözləyirlər: "Təkcə Sabunçu rayonu və Bakıxanov qəsəbəsində təqribən 209 qəzalı bina mövcuddur. Onlardan cəmi 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib.
 

Vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib edilməyib. Qəzalı vəziyyətdə olan iki və üç mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyirlər. Sabah hansısa hadisə baş verəndə sonradan peşmançılığını çəkməyək deyə, indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır.


Amma bu, stimullaşdırılmalıdır. Digər tərəfdən, hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1 300 manat verirlər. Üçotaqlı mənzildə yaşayan vətəndaş alacağı pulla gedib ev ala bilmir. Çünki ona verilən məbləğ 80-100 min manatdır, amma bazarda real qiymət 200 min manatdır".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, ölkə ərazisində olan bütün qəzalı, xüsusən də istismar müddətini başa vurmuş binalarla bağlı monitorinq aparılmalıdır:

"Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət şöbəsi onun qəzalı olub-olmadığını yoxlamalıdır. Qəzalı binalar mümkün qədər qısa vaxtda sökülməli və yaxud söküləcəyi günə qədər həmin binalarda təmir-bərpa işləri aparılmalıdır. Təbii ki, qısa müddətdə bütün qəzalı binaların sökülməsi və yenisi ilə əvəzlənməsi qeyri-mümkündür. Belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil, əsasən özəl şirkətlər tərəfindən sökülməlidir".

Mütəxəssis söküntü prosesinin yubanmasını müxtəlif səbəblərlə bağlayır. Onun fikrincə, özəl sektorun dəstəyi olmadan dövlət bu işin öhdəsindən gələ bilməz: "Daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər.
 

Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinə sərf etmir. Bu baxımdan, ən yaxşısı tikinti şirkətləri üçün müəyyən güzəştlərin tətbiq olunmasıdır. Çünki bu gün tikinti şirkətlərinin qarşısında əngəllər mövcuddur. Bu əngəllər aradan qaldırılmalıdır ki, işlər yubanmasın, tikinti şirkətləri söküntüdə maraqlı olsunlar. Həmin şirkətlərə vergi güzəştləri, icazələrin alınmasında müəyyən imtiyazlar verilə bilər".


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, artıq istismarı mümkün olmayan binaların söküntü prosesinə start verilib: "Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılır. Həmin binalardakı mənzillər qiymətləndirilir, vətəndaşlara kompensasiyalar ayrılır və ya müvafiq ərazilərdə mənzillər təklif olunur. Təbii ki, mövcud problemin həllinə birdən-birə nail olmaq qeyri-mümkündür. Bununla bağlı 2025-ci ilin büdcəsindən ilkin olaraq 50 milyon manatın ayrılması nəzərdə tutulub. Bu o deməkdir ki, hökumət problemin həllində iradə ortaya qoyub və prosesin davamlı olacağı bildirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO