Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edərək, burada həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə əyani tanış olublar.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı hesab olunur.

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəz haqqında ətraflı məlumat verib.

O bildirib ki, burada əlilliyi olan şəxslərin, şəhid ailələrinin üzvlərinin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif istiqamətlərdə təlim və məşğələlər təşkil olunur. Eyni zamanda, benefisiarlar sosial-psixoloji dəstəyə yönəlik reabilitasiya xidmətlərinə də cəlb olunurlar.

Nazir qeyd edib ki, fəaliyyətə başladığı vaxtdan etibarən Mərkəzdə 120-dən çox müxtəlif tədbir keçirilib. Mərkəz və onun İsmayıllıda, Bərdədə yerləşən “DOST Evi” filiallarında ümumilikdə 700-dən çox şəxsə xidmətlər göstərilib. Hazırda isə 200-ə yaxın benefisiar müxtəlif sahələr üzrə təlimlərə cəlb olunmaqla onların şəxsi və peşə bacarıqlarının inkişafına dəstək göstərilir.

Vurğulanıb ki, benefisiarların əl işləri bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı “Art Pavilion”da nümayiş etdirilib və böyük maraqla qarşılanıb.
 

Leyla Əliyeva ilə Arzu Əliyeva Mərkəzdə təlimçilərin və benefisiarların dulusçuluq, xalçaçılıq, təsviri incəsənət sahələrində gördükləri iş prosesi ilə yaxından tanış olublar. Daha sonra müəssisənin əlilliyi olan təlimçisi tərəfindən 5 May - “Xalçaçı Günü” münasibətilə hazırlanmış, İrəvan xalçası və Qarabağ Çələbi xalçası naxışları ilə işlənmiş kompozisiya nümayiş olunub.


Proqram çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin ifalarını, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçilərinin və benefisiarlarının təqdim etdikləri inklüziv konsert proqramını izləyiblər.

Tədbirin sonunda IDEA könüllülərinin də iştirakı ilə Mərkəzin həyətyanı sahəsində ağacəkmə tədbiri keçirilib.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO