Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün MƏSLƏHƏTLƏR

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 353 milyon 777,12 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon 913,88 min ABŞ dolları və yaxud 7,9 faiz çoxdur. Rəqəmlərdən də görünür ki, avtomobil ehtiyat hissələrinə çəkilən xərc və tələb artmaqdadır. Bəs sürücülər bu ehtiyat hissələrini əsasən haradan əldə edirlər? Son dövrün tələbi halına gələn Çin avtomobillərinə ehtiyat hissəsi tapmaq olurmu?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
 

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyevin fikrincə, bazara daxil olan avtomobillərin və onların ehtiyat hissələrinin artması son illər bu sektorda olan islahatlar, ölkəmizdə həyata keçirilən utilizasiya proqramı, ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin nəticəsidir:


"Ölkəmizə yaşı ondan artıq olan avtomobillər daxil olmur. Yeni avtomobillər onların ehtiyat hissələrinin də gətirilməsinə səbəb olur. Son zamanlar daha çox gələn ehtiyat hissələri yeni avtomobillərə aiddir. Bu ehtiyat hissələrini həm rəsmi dilerlər, həm də bu məhsulların satışı ilə məşğul olan mağazalar, şirkətlər ölkəmizə idxal edirlər. Artıq ölkəmizə gətirilən yeni avtomobillər üçün qapı-qapı gəzərək ehtiyat hissəsi axtarmağa ehtiyac yoxdur".

E.Əliyev deyir ki, avtomobilin yaşına əsasən ehtiyat hissələrinin tapıldığı məntəqələr dəyişir:

"Dilerlər və mağazalardan başqa ölkəmizdə "ölüxanalar" da mövcuddur. "Ölüxanalar" daha çox yaşı ondan yuxarı olan avtomobillər üçündür. Yaşı az olan avtomobillər üçün insanlar yeni ehtiyat hissələri almağı daha üstün tuturlar. Hətta elə insanlar var ki, avtomobilinin yaşı ondan yuxarıdır, amma yeni ehtiyat hissəsi alır. Düşünürəm ki, "ölüxana"lar bir müddətdən sonra tarixə qovuşacaq. Daha çox klassik avtomobillər üçün fəaliyyət göstərəcək. Avtomobil parkımız yeniləndikcə, köhnə maşınlar utilizasiya prosesinə getdikcə, artıq "ölüxana"lara da ehtiyacımız olmayacaq".

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, avtomobil ehtiyat hissələrinin idxalı artsa da, burada aldanmaq da mümkündür:

"Ölkəmizə bir neçə formada ehtiyat hissələri gətirilir. Bu ehtiyat hissələri orijinal, orta, zəif olaraq kateqoriyalara bölünürlər. Bir çox hallarda sürücülər aldadılır. Məsələn, orijinal adı ilə insanlara saxta məhsullar satırlar. Hətta qablaşdırması belə orijinalından fərqlənmir. Burada ehtiyat hissələrini gətirən sahibkarlardan da çox şey asılıdır. Elə işbazlar var ki, qəsdən daha keyfiyyətsiz və ucuz məhsullar sifariş edirlər. Orijinal ehtiyat hissəsi 400-500 manatdırsa, saxtası 20-30 manata başa gəlir. Onlar da insanlara orijinal adı ilə ucuzunu satırlar. Bunun da səbəbi daha çox ehtiyat hissəsi satmaq hərisliyindən irəli gəlir. Bu kimi hallar hətta məşhur firmalarda da ola bilir".

A.Nəbiyevin fikrincə, bəzi ehtiyat hissələri var ki, onları ikinci əl almaq insanlara daha çox sərf edir:

"Mağazalardan və yaxud "ölüxana"dan ehtiyat hissəsi əldə etmək əsasən insanların büdcələrinə görə olur. Kimin imkanı çatırsa, orijinal məhsula, kimin imkanı zəifdirsə, ikinci ələ müraciət edir.
 

"Ölüxana"larda ehtiyat hissələri adətən xaricdən gələn avtomobillərin üzərindən sökülərək satılır. Yəni, elə orijinal məhsul hesab edilə bilər. Daha az istifadə olunmuş avtomobildən sökülmüş ehtiyat hissəsini uzun müddət istifadə etmək mümkündür. Hətta demək olar ki, yeni adı ilə aldığımız ehtiyat hissələrindən də davamlı olur.


Yeni adı ilə aldıqlarımıza isə tam etibar edə bilmirik. Bəzi elektronika ehtiyat hissələrinə isə ümumiyyətlə zəmanət verilmir. Məhsulu maşına quraşdırdıqdan sonra işləmədikdə qaytarmaq da mümkün olmur". 

Ekspert ölkəmizdə yeni fəaliyyət başlayan avtomobil markalarının ehtiyat hissələri məsələsinə də toxundu:

"Çin avtomobillərinin ehtiyat hissələri hələ ki, çox azdır. O səbəbdən də Çin avtomobilləri qəza etdikdə sürücülər aylarla gözləməli olur ki, ehtiyat hissələri idxal edilsin. "Ölüxana"larda isə hələ ki, Çin maşınlarının ehtiyat hissələrini tapmaq çətin məsələdir. Çünki həmin avtomobillər yenidir".

A.Nəbiyev sürücülərə məsləhət gördü ki, aldanmamaq üçün tanıdıqları maşın ustalarına müraciət etsinlər:

"Çünki onlar ehtiyat hissələrini sürücülərdən daha yaxşı tanıyırlar. Ustasız özbaşına aldıqda isə çox zaman aldadıla bilirik. Xüsusən də xanım sürücülərdə bu hal daha çox müşahidə edilir. Onların maşınlardan çox da anlayışı olmadığı üçün işbazlar rahatlıqla saxta məhsulları satmağa çalışırlar".

Ekspertin fikrincə, rəsmi servis mərkəzləri hər bir halda daha güvənlidir:

"Amma kim ki, hələ ustalarla əlaqə yaratmayıb, sürücülükdə yenidir, tanıdığı biri yoxdursa, həmin şəxslər avtomobillərin rəsmi servis mərkəzlərinə üz tutsunlar. Servisdə avtomobil təmiri daha bahadır, amma vətəndaşları aldatmırlar. Onların təqdim etdikləri məhsulların keyfiyyəti digərlərindən daha yüksək olur. Gördükləri işə zəmanət də verirlər. Vətəndaş da bilir ki, dəyişdiyi ehtiyat hissəsini uzun müddət istifadə edə biləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO