27 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verdi

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda 118 binada təşkil olunub.

İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib.
 

Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.


Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi, 363 buraxılış rejimi əməkdaşı (mühafizə) və 118 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq. Cari ildə məzun olan iştirakçıların imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər.

Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
 

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.


Xatırladaq ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. Növbəti imtahanın tarixi və qeydiyyat günləri haqqında məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO