Günorta saatlarında Astara şəhərində qısamüddətli və intensiv leysan xarakterli yağış qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yağıntı əsasən şəhər ərazisini əhatə edib.
İndiyədək yağan yağış nəticəsində hər hansı fəsadın baş verdiyi barədə məlumat yoxdur.
Hazırda bölgədə hava şəraiti dəyişkən olaraq qalır. Yağıntılar fasilələrlə davam edir. Mütəxəssislər yaxın günlərdə yağışların davam edə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Sabutay, Bizim.Media, Cənub bürosu