Azərbaycanda ŞOK ƏMƏLİYYAT: Casus tələbələr ələ keçdilər - Prorektoru da zəhərləmək istəyiblər

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına xidmət etməkdə təqsirləndirilən Naxçıvan Dövlət Universitetində təhsil alan iki iranlı tələbənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə tələbələrdən biri 16, digəri isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, İran vətəndaşları 2020-ci ildə təhsil almaq adı ilə Naxçıvana gəliblər. Onlar 2019-cu ildə İranın xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb ediliblər. Onlar Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət, dövlət və digər qurumların İran İslam Respublikası vətəndaşlarına olan münasibəti, dövlət sirri hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən əməkdaşları haqqında, həmçinin onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr barədə mümkün kəşfiyyat məlumatlarının toplanması tapşırıqları alıblar.

Onlar ifadələrində bildiriblər ki, İranda olan zaman xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər və məcburiyyət qarşısında qalaraq Naxçıvana gəliblər. Onlardan biri 10 yaşında cinsi zorakılığa məruz qaldığı, İranda olarkən hökumət əleyhinə mitinqlərdə iştirak etdiyi üçün xüsusi xidmət orqanları tərəfindən şantaj edilib. Həmçinin ailə üzvlərinə görə də təhdid ediliblər.
 

Bildiriblər ki, məcbur olduqları üçün İran xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar veriblər.


Plana əsasən onlar Naxçıvanda yerləşən müxtəlif hüquq-mühafizə və strateji əhəmiyyətli dövlət orqanlarının inzibati binalarının və hərbi texnikanın fotoşəkillərini çəkməli, Naxçıvanda təhsil alan iranlı tələbələr barədə məlumatlar toplamalı, həmçinin universitetdə təhsil alan vəzifəli şəxslərin övladları barədə bilgilər əldə etməli imişlər. Bundan başqa, Naxçıvanda tələbələrin Təbrizdə təhsil almağa meyilləndirmək kimi öhdəlikləri də olub.

Dövlət Təhlükəsizliyi Xidməti onların planını ifşa edib. Həmin şəxslər tələbə yataqxanasında qalırlarmış. Onların otağına baxış keçirilən zaman maddi sübutlar aşkar edilib.

Müəyyən edilib ki, iranlı tələbələr əsasən Culfa sərhədindən İrana keçərək orada xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar verirmişlər.

Həmçinin müəyyən edilib ki, onlar başqa bir plana uyğun olaraq Naxçıvan Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru Xəyal Camalovu "Şərq süfrəsi" restoranında yemək yeyərkən zəhərləməli imişlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO