Sovetdən qalan “ÖLÜM KAPSULU” sürətlə Azərbaycana yaxınlaşır – Təhlükə altındayıq – FOTO

1972-ci ildə kosmosa buraxılmış və o vaxtdan bəri Yer orbitində dolaşan sovet mənşəli “Kosmos-482” adlı planetlərarası kosmik aparat yaxın günlərdə nəzarətsiz şəkildə Yerə düşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “BBC Rus” redaksiyasının yaydığı məlumatda qeyd olunub.

495 kiloqramlıq kapsulun düşəcəyi ərazilər arasında Azərbaycan da var. Uçuş trayektoriyası onu Yaxın Şərq və Qafqaz üzərindən keçməyə məcbur edir və bu, ciddi təhlükə riski yaradır.
 

Bu xəbər, insanların kosmik texnologiyalar qarşısında nə qədər aciz olduğunu da göstərir.


Əslində, “Kosmos-482” stansiyası 1972-ci ilin martında Baykonurdan buraxılmış və Veneraya doğru yola salınmalı idi. Lakin start zamanı raketin son mərhələsində texniki nasazlıq baş vermiş, nəticədə aparat Yer orbitində ilişib qalmışdı. Sovetlər uğursuzluğu gizlətmək üçün ona “Kosmos” adı vermişdi — bu, uğursuz interplanetar missiyaların “örtük adlandırması” idi.

NASA-nın məlumatlarına görə, “Kosmos-482” dörd hissəyə bölünüb. Onlardan ikisi orbitdən çıxaraq atmosferdə yanıb, lakin digər ikisi, o cümlədən 500 kiloqramlıq "spusk" aparatı hələ də elliptik orbitdə qalıb. Bu modul Veneranın amansız atmosferinə enmək üçün hazırlanıb. Onun istiliyə davamlı ekranı və hermetik gövdəsi Yer atmosferində də yanmadan keçə biləcək qədər dayanıqlıdır. Məhz bu səbəbdən, aparatın tamamilə yanmadan Yerə düşəcəyi ehtimalı çox yüksəkdir.

BBC-yə danışan kosmos araşdırmaçısı Georgi Trişkinin sözlərinə görə, orbitin analizi göstərir ki, düşmə trayektoriyası əsasən quru ərazilər üzərindədir: “Ehtimal olunan zolaq Misir, Suriya, Türkiyə və Azərbaycanın üzərindən keçir. Əgər aparat tam şəkildə yerə çatsa və 242 km/saat sürətlə zərbə vursa, bu, yüzlərlə qram trotil ekvivalentində partlayış gücündə bir enerji ortaya çıxara bilər.”

Kosmik aparatın Yerə düşəcəyi tarix tam dəqiq bilinməsə də, hesabatlara əsasən, bu, may ayının ilk yarısında — 8-dən 14-nə qədərki dövrdə baş verəcək. Düşmə prosesi tamamilə nəzarətsizdir. Fərqli olaraq, məsələn, “Mir” orbital stansiyası zamanında planlı şəkildə Sakit okeana yönləndirilmişdi. Lakin bu dəfə heç kim “Kosmos-482”ni yönləndirə bilmir.

Azərbaycana konkret təhlükə varmı?

Hazırda ehtimal zolağına daxil olan ölkələr arasında Azərbaycanın da adı çəkilir. Düşmə bu zolaqda yer alan hər bir ölkənin yaşayış məntəqələrində zərər riski yaradır. Ekspertlər bildirirlər ki, modulun nə qədər hissəsinin atmosferdə parçalanacağı və nə qədərinin Yerə çatacağı onun Yerə giriş bucağından və sürətindən asılı olacaq.

Yarım əsr əvvəl uğursuz startla orbitə ilişib qalan “Kosmos-482” indi Yer sakinlərini real təhlükə ilə üz-üzə qoyur. Sürətlə yaxınlaşan bu metal nəhəngin hara düşəcəyi, hansı zərərə səbəb olacağı bəlli deyil. Amma bu fakt artıq bəllidir: kosmosda buraxılan heç nə unudulmur. Gec-tez, o geri qayıdır — ya da üzərimizə düşür. (musavat.com)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

End of content

No more pages to load

RADİO