BİZİM TƏQVİM: Mayın 3-də baş vermiş tarixi hadisələr

3 may Türkçülük Günüdür. Bu gün öz ideyasını 1942-ci ildən götürüb.

Bir zamanlar Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi.

Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı.

Dövrün fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizm əlehinə yazılar dərc edirdilər. 1944-cü ildə bir sıra türkçülər həbs edilir. 

1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görürlər.

Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır. 

Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində keçirib. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türkçülük Günü kimi qeyd olunmağa başlayıb.

Bəs, 3 mayda dünyada daha hansı hadisələr baş verib?

1. 1791-сi ilin may ayının 3-də Polşa Seymi Avropada ilk Konstitusiyanı qəbul edib.

2. 1810-cu il mayın 3-də məşhur ingilis şairi Corc Bayron üzə-üzə Dardanel boğazını keçib. Bununla o, sanki yunan əsatiri qəhrəmanı Leandra ilə yarışa girdiyini göstərib.

3. 3 May Ümumdünya Söz və Mətbuat Azadlığı Günüdür. 1993-cü il dekabrın 21-də BMT-nin baş məclisi “Ümumdünya mətbuat azadlığı gününün keçirilməsi haqqında” qərar qəbul etdi. Bundan 2 il əvvəl isə “Vindxux bəyannaməsi” imzalanmışdı ki, bu sənəddə dünyanın bütün ölkələrinin hökumətlərinə mətbuata kömək göstərmək tövsiyə olunurdu.

4. 2010-cu ilin 3 may tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu qurumun yaradılmasında məqsəd telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilib.     

5. 3 may 2022-ci ildə “Qarabağ” futbol komandası Azərbaycan Premyer Liqasının vaxtından əvvəl çempionu olub. 

3 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. İtaliyanın görkəmli siyasi xadimi, diplomat, mütəfəkkir, tarixçi və hərb nəzəriyyəçisi Nikkola Makiavelli 1469-cu ilin bu günü dünyaya gəlib.

2. İstanbulu fəth edən, “Yeni dövr açan padşah" adını qazanan, Osmanlı imperatorluğun 7-ci sultanı Fateh Sultan Mehmet 1481-ci ilin bu günü 49 yaşında dünyadan köçüb. (1432-1481)

3. Azərbaycan milli teatrının yaranmasında böyük xidmətləri olan yazıçı və teatr xadimi Əsgər ağa Gorani 1857-ci il mayın 3-də anadan olub.

4. Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan Əlimərdan bəy Topçubaşov 1864-cü ilin bu günü dünyaya gəlib.  Əlimərdan bəy 10 ildən çox “Kaspi” qəzetinin redaktoru olub. Birinci Dövlət Dumasının deputatı seçilən Topçubaşov orada müsəlman qrupunun başçısı kimi Azərbaycanı təmsil edib. 1918-1920-ci illərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcra Komitəsi və Azərbaycan parlamentinin sədri olub.

5. Azərbaycanın neftçi əmək qəhrəmanı Yusif Kərimov 1925-ci il 3 mayda anadan olub.

6. 3 may 1941-ci ildə gürcü şahmatçısı, qadınlar arasında 5-ci dünya çempionu və ilk qadın qrossmeyster  Nona Qaprindaşvili dünyaya gəlib.

7. Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərov  3 may 1984-cü ildə dünyasını dəyişib.

8. Azərbaycanlı bəstəkar, Xalq artisti, professor Aqşin Əlizadə 3 may 2014-cü ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

End of content

No more pages to load

RADİO