Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər? – DEPUTATDAN AÇIQLAMA - FOTO

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir mövcud olan standartlara əsasən verilir. Hazırda istifadə olunan format iki rəqəm (region kodu), iki hərf və üç rəqəmdən ibarətdir. Bu qaydalar "AZS 599–2015" dövlət standartı ilə tənzimlənir və ölkədə vahid qeydiyyat sisteminin formalaşdırılmasına xidmət edir. Lakin artan avtomobil sayı və yeni tələblər fonunda qeydiyyat nişanlarının daha çevik və müxtəlif kombinasiyalarla tərtib olunmasına ehtiyac yarana bilər.

Qonşu Türkiyədə tətbiq olunan sistemə nəzər saldıqda isə fərqli yanaşma müşahidə olunur:

burada nömrələr sabit şəhər kodu ilə başlayır və daha sonra müxtəlif hərf və rəqəm kombinasiyaları ilə davam edir. Bu yanaşma nəticəsində daha uzun, daha fərqli və çoxsaylı nömrə kombinasiyaları mümkün olur. Türkiyənin böyük şəhərlərində əhalinin və avtomobil sayının yüksək olmasına baxmayaraq, bir şəhər üçün tək kodla bu tənzimləmə effektiv şəkildə həyata keçirilir.

Maraqlıdır, Azərbaycanda da avtomobil nömrələrinin daha uzun və fərqli kombinasiyalarla formalaşmasını nəzərdə tutan yeni bir sistemin tətbiqi planlaşdırılırmı?

Bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi gözlənilirmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə “avtosfer.az”a açıqlamasında bildirib ki, Bakı şəhərində əvvəllər avtomobil nömrə nişanları 10 nömrə kodu ilə verilirdi, daha sonra 90 və 99 koduna keçildi və hazırda 77 ilə davam edilir:



“Bu dəyişikliklər fonunda qeyd etmək lazımdır ki, digər ölkələrin təcrübəsində nömrə nişanlarında istifadə olunan rəqəm və hərf kombinasiyalarının müxtəlifliyi və çevikliyi müşahidə olunur. Bu da o deməkdir ki, bizdə də nömrə nişanlarının kombinasiyasının təkmilləşdirilməsi və bu istiqamətdə daha geniş araşdırmaların aparılması zəruridir.
 

Mövcud vəziyyətdə bir şəhərə bir neçə kodun verilməsi məqsədəuyğun görünmür. Məsələn, İstanbul kimi təxminən 15-20 milyon əhalisi olan bir şəhərdir və yalnız bir kodla, 34 nömrə kodu ilə təmsil olunur. Halbuki Azərbaycan üzrə ümumi əhali sayı belə bu qədər deyil. Buna baxmayaraq, hazırda bizim regionların hər biri üçün fərqli kodlar tətbiq edilir. Xüsusilə, paytaxt Bakı üçün artıq üç fərqli koddan istifadə olunub: əvvəlcə 10, sonra 99 və hazırda 77”.


Deputat əlavə olaraq bildirib ki, əgər gələcəkdə növbəti bir koda keçid planlaşdırılırsa, bu artıq ayrı bir müzakirə mövzusudur:



“Amma hər bir halda, texniki baxımdan rəqəmlər və hərflərin konfiqurasiyası genişləndirilərək, bu dəyişiklikləri yalnız bir və ya maksimum iki kod üzərindən idarə etmək mümkündür. Bu həm sistemin daha səmərəli idarə olunmasına, həm də vətəndaşların yadda saxlaması baxımından rahatlığa səbəb ola bilər. Eyni zamanda bir şəhərin bir neçə tanıtma kodu ilə təmsil olunması məsələsi də bu şəkildə aradan qalxa bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada hərbi aerodrom yandı – VİDEO

Rusiyada hərbi aerodrom yandı – VİDEO

Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır

Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb

Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO

Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO

Final fitindən sonra argentinalı futbolçuya şillə vurdu - Video

Final fitindən sonra argentinalı futbolçuya şillə vurdu - Video

Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

Pulsuz mənzil və iş TƏKLİFİ- Bu kənd üçün yeni sakinlər axtarılır

Pulsuz mənzil və iş TƏKLİFİ- Bu kənd üçün yeni sakinlər axtarılır

Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ

Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ

Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir

Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir

Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar

Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar

Məğlubiyyəti həzm edə bilməyib söz atdı – Video

Məğlubiyyəti həzm edə bilməyib söz atdı – Video

Hüseyndən Zaur Kamala: "1500 manatımı qaytar"

Hüseyndən Zaur Kamala: "1500 manatımı qaytar"

Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı

Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı

Cibinizdə bir neçə yarpaq ağcaqanadları uzaqlaşdıra bilər — Hansı bitkidir?

Cibinizdə bir neçə yarpaq ağcaqanadları uzaqlaşdıra bilər — Hansı bitkidir?

DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

Ceyhun Bayramov Rusiyaya yola düşdü – FOTO

Ceyhun Bayramov Rusiyaya yola düşdü – FOTO

XİN: Vurulan gəmidəki soydaşlarımız ölkəmizə təxliyə edildi

XİN: Vurulan gəmidəki soydaşlarımız ölkəmizə təxliyə edildi

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

End of content

No more pages to load

RADİO