AYNA-nın “parkinq cəhənnəmi” — FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözün əsl mənasında paytaxtda nəqliyyat problemlərinin “aynası”na çevrilib. Problemləri, yaradılmış süni əngəlləri və hər gün paytaxt sakinlərinin həyatını cəhənnəmə çevirən nəticələrini görmək üçün uzağa getməyə ehtiyac yoxdur, AYNA-nın “parkinq xidməti”nə baxmaq real, həm də acınacaqlı vəziyyəti anlamağa yetərlidir.

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, AYNA-nın parkinq xidməti fəaliyyəti başlayanda paytaxtın parklanma probleminin nəhayət həll olunacağına, park yeri uğrunda “küçə döyüşünə” bənzər mübarizənin bitəcəyinə böyük ümidlər yaranmışdı.

Həqiqətən də qurum parklanma yerləri yaratdı, qiymətlər tərs-mütənasib olsa belə, müəyyən bir sistem formalaşdırıldı.

Amma AYNA o qədər irəli getdi ki, paytaxtın hər yerini – ara məhəllələri, səkiləri, bir sözlə “boş yer” kimi gördüyü bütün əraziləri parklanmaya çevirdi. Halbuki, bu nə qanuna uyğundur, nə də parklanma probleminin həll edilməsi məsələsi deyildikdə bu, nəzərdə tutulmurdu.


Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına görə, Bakı şəhəri üzrə mərkəz və 4 parklanma zonası müəyyən edilib. Qərarda deyilmir ki, hər küçə, hər dalan parklanma yeridir. 

AYNA isə az qala hər səkini parklanma yeri təyin edərək, faktiki olaraq, qanunu pozur, həm də insanların yaşayış zonasına kobud müdaxilə edir. İnsanların yaşadığı evin həyətyanı sahəsi, yaxud evinin qarşısı onun yaşayış zonası hesab olunur. Və avtomobilinin park edilməsi nəqliyyatın hərəkətinə mane olmursa, yaxud digər insanların həyatına problem yaratmırsa, buna görə nə üçün ödəniş etməlidir?

AYNA-nın pulsuz park etmək üçün talonun verilməsi qaydası da sübut edir ki, qurum bütün yaşayış zonalarını zəbt edib, edə bilmədiklərini də nəzarətə götürməyi planlaşdırır. 

AYNA hələ ötən il elan etmişdi ki, pulsuz park üçün talon yalnız vətəndaşın qeydiyyatda olduğu ünvan üzrə verilir.

Bu, hansı məntiqə sığır, yaxud ölkədə qanunları AYNA təyin edir?

Qaydalara görə, avtomobili olan şəxslər “Azparking” mobil əlavəsi vasitəsi ilə müraciət edərək, 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər. 

AYNA da deyir ki, vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyilsə, yaxud yaşadığı evin çıxarışı yoxdursa, talon əldə edə bilməz. Halbuki, vətəndaşın yaşayış yeri şəxsiyyət vəsiqəsinə uyğun müəyyən edilir və bəllidir ki, paytaxt sakinlərinin yarısı, bəlkə də yarıdan çoxunun qeydiyyat ünvanı ilə yaşadığı ünvan fərqlidir. 

Yaxud hansısa vətəndaşın evinin çıxarışı yoxdursa, deməli avtomobil sürə bilməz, sürürsə, parklanma talonu əldə edə bilməz.

Burada parklanma probleminin həll edilməsindən daha çox, məsələyə biznes nöqteyi-nəzərindən yanaşmanın olmasından ibarətdir. Çünki bir park talonu üçün vətəndaşdan evinin çıxarışına qədər sənəd tələb etməyin başqa adı yoxdur. Ara məhəllələrdəki vəziyyət də bunu aydın şəkildə göstərir. 

Ara məhəllələri də şəxsi sifarişlə parklanma yerinə çevirən AYNA nəzarəti təmin etmək üçün sakinlərin hüquqlarını ayaqlar altına alaraq, qanunsuz “dayanma, durma qadağandır” nişanları quraşdırır. Bir yoı nişanının qiyməti, quraşdırılması və idarə olunması minumum 2 min AZN-ə başa gəlir, bəlkə də daha çox. Gündəlik bir neçə manatlıq parkinq ödənişi üçün minlərlə manat xərc çəkmək hansı məntiqə uyğundur?! 

Görünür, AYNA rəhbərliyinin ara məhəllələri belə vətəndaşların üzünə bağlamasında biznes maraqları var. 

AYNA-nın parkinq biznesi bununla da bitmir. Misal üçün, “Azparking”in əməkdaşları paytaxt küçələrində vətəndaşları izləmək, pul toplamaq və cərimə etməklə məşğuldur. Halbuki, publik hüquqi şəxs qismində yaradılmış “Azparking”in belə bir hüququ yoxdur. Sadəcə olaraq, “Azparking” olmadan öncə mövcud olan “parkinq mafiyası”nın fəaliyyətini “publik hüquqi şəxs” adı altında davam etdirdiyini əminliklə deyə bilərik.

Amma biz deyib, biz eşidirik, AYNA rəhbərliyi isə qulaqlarını vətəndaşların müraciətinə bağlayıb. Yaşayış zonası parkinqə çevrilən vətəndaşlar AYNA rəhbərliyinə nə qədər rəsmi müraciət etsə də, bütün müraciətləri qurum tərəfindən “qulaqardına” vurulur. AYNA-nın 104 saylı çağrı mərkəzinə “düşə bilməmək” də bunun real nümunəsidir.

Çağrı mərkəzi zəng edən vətəndaşları saatlarla telefonda “növbə” adı altında gözlətməklə, şikayətləri qəbul etmir.

Paytaxtda saysız-hesabsız parklanma problemi var və bnütün bu problemlər parkinq probleminin həllinə məsul olan AYNA tərəfindən yaradılıb. Problemi yaradan problemin həllindən məsul qurumdursa, o zaman, vay halımıza. Doğrudan da, halımız yamandır. Çünki AYNA paytaxtda “parkinq cəhənnəmi” yaradıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

İlham Haqverdiyev azadlığa buraxıldı

İlham Haqverdiyev azadlığa buraxıldı

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

Şahin Bağırov gömrük yoxlamalarından DANIŞDI – “Nadir hallarda olur”

Şahin Bağırov gömrük yoxlamalarından DANIŞDI – “Nadir hallarda olur”

Şəkərin beyin hüceyrələrinə FAYDASI AÇIQLANDI

Şəkərin beyin hüceyrələrinə FAYDASI AÇIQLANDI

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİLİK

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİLİK

Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında – FOTO

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında – FOTO

Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Hərbi qulluqçular şəxsi jetonla TƏMİN EDİLƏCƏK

Hərbi qulluqçular şəxsi jetonla TƏMİN EDİLƏCƏK

Biləsuvarda antisanitar şəraitdə 205 kq at əti aşkarlandı – FOTO

Biləsuvarda antisanitar şəraitdə 205 kq at əti aşkarlandı – FOTO

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

End of content

No more pages to load

RADİO