181 nəfərin "TikTok"da mənimsənilən pullarının bir qismi məhkəmə prosesində qaytarıldı - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmə istintaqında araşdırılan cinayət işinin yekun mərhələsində zərərçəkənlərə dəymiş maddi zərər təqsirləndirilən tərəfindən ödənilməyə başlanılıb.

Proses zamanı təqsirləndirilən Toğrul Kərimovun yeni vəkili Ülvi Məmmədov tərəfindən ilk mərhələdə az məbləğdə zərər görmüş zərərçəkənlərin pulu qaytarılıb.

Cinayət işi üzrə 52 nəfər zərərçəkəndən 10 nəfərinə ümumilikdə 2 300 AZN ödənilib. Zərərləri ödənilən şikayətçilər məhkəməyə ərizə yazaraq təqsirləndiriləndən şikayətçi olmadıqlarını bildiriblər.
 

Zərərçəkənlərə dəymiş zərərin ödənilməsi pulunu ala bilməyən digər şəxslərin narazılığına səbəb olsa da, prosesə sədrlik edən hakim Vüqar Quliyevin müdaxiləsi ilə onlar sakitləşdirilib. Yekun prosesədək onların da zərərlərinin ödənilməsinə təqsirləndirilənin vəkili tərəfindən söz verilib.


Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində "yüksəkmaaşlı iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların pul vəsaitlərinin aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. 

O, zərərçəkənlərə şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

T.Kərimovun barəsində Cinayət Məcəlləsinin "Dələduzluq" maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Braziliyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Braziliyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

Yas süfrəsinin gizli təhlükəsi: Lavaş necə ölümcül riskə çevrilə bilər?

Yas süfrəsinin gizli təhlükəsi: Lavaş necə ölümcül riskə çevrilə bilər?

Bakıda vəkillərin birinci beynəlxalq konfransı KEÇİRİLƏCƏK

Bakıda vəkillərin birinci beynəlxalq konfransı KEÇİRİLƏCƏK

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü – FOTO

MİQ imtahanının ödənişli olmasının səbəbi BİLİNDİ – AÇIQLAMA

MİQ imtahanının ödənişli olmasının səbəbi BİLİNDİ – AÇIQLAMA

Zaur Baxşəliyev efirə qayıdır?

Zaur Baxşəliyev efirə qayıdır?

Okeanlarda çalışan azərbaycanlıların qazancı:Kim nə qədər maaş alır?

Okeanlarda çalışan azərbaycanlıların qazancı:Kim nə qədər maaş alır?

SON DƏQİQƏ! Dünya çempionatının final oyunu təxirə salına bilər

SON DƏQİQƏ! Dünya çempionatının final oyunu təxirə salına bilər

Zelenski Azərbaycanəsilli məmuru işdən ÇIXARDI

Zelenski Azərbaycanəsilli məmuru işdən ÇIXARDI

Məktəblərdə satışı qadağan edilən məhsullar AŞKARLANIB – RƏSMİ

Məktəblərdə satışı qadağan edilən məhsullar AŞKARLANIB – RƏSMİ

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

End of content

No more pages to load

RADİO