Üç dövlət dünyanı öz arasında bölür - Proseslərin təsiri necə olacaq?

Dünyanın fövqəldövlətlər tərəfindən bölgüsü illərdir müzakirə olunur. ABŞ artıq 80 ilə yaxındır dünyada dəyişilməz liderliyini saxlasa da, Çin son illər onunla yanaşı addımlamağa çalışır. Öz nüfuz dairəsini sürətlə genişləndirir, iqtisadi, siyasi, hərbi güc mərkəzinə çevrilir. "Yaxın on ildə dünyada üç əsas dövlət olacaq, dövrü Rusiya, ABŞ və Çin ələ keçirəcək. Fövqəlgüclər sayəsində reallıqda hər şey yaxşı olacaq, amma Avropa üçün heç də yox", - Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. O qeyd edib ki, ABŞ-Çin-Rusiya triumviratı olacaq, sonra bu, Böyük Dövlətlərin Konsertinə çevriləcək. Yaxın gələcəkdə oxşar statusa yaxınlaşacaq başqa bir ölkə də meydana çıxacaq - Hindistan. 50 ildən sonra dünyada dörd və yeddi super güc olacaq.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Böyük Britaniyanı Çin əvəzləyib

Bu iddia olsa da, hər halda proseslər ona doğru gedir. Dünyanın fövqəldövlətlər tərəfindən nüfuz dairəsinə bölünməsi ilk dəfə 1945-ci ildə - Yalta konfransında gündəmə gəlib. Əgər 80 il əvvəl dünyanın bölgüsü sistemində ABŞ və SSRİ ilə yanaşı, Böyük Britaniya da var idisə, indi sonuncunu Çin əvəzləyib. Pekin artıq ABŞ ilə ticarət müharibəsi vəziyyətinə gəlib. Asiyada mövqelərini gücləndirib, Avropada özünə yer edib. Rusiyaya gəldikdə, iqtisadi cəhətdən zəif olsa da, nüvə dövləti kimi mövqeyini qorumağa çalışır. Donald Trampın prezidentliyi onu Ukrayna ilə müharibədə fərqli mövqeyə çıxarıb.

"Newsweek" dünyanı bölür?

Son günlər dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyi barədə xəbərlər artıq mediada da yer alır. Hətta müvafiq xəritə də dərc edilib. Bu iddia ilə dünyaca məşhur "Newsweek" jurnalı çıxış edib. Bəyan edilib ki, hazırda bu üç ölkə arasında şahmat oyununa bənzər mübarizə gedir. Jurnalın bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ "Monro doktrinasına" görə Şimali Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. İddia edilib ki, Avropa, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlı olan odur ki, Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib. Müşahidəçilər hesab edib ki, bu məlumat ABŞ-dən çox Rusiya və Çinin maraqlarına cavab verir. Çin və Rusiya onlara aid edilən ölkələri "pay" almağı məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir dairəsinə düşməzlər, əksinə, Tokio və Dehli Çinin regionda möhkəmlənməsi təşəbbüslərinə qarşı müqavimətlərini davam etdirirlər.

"Yeni Yalta" gözləntisi

Belə bir bölgünün real olduğunu düşünənlər də var, əks fikirdə olanlar da. Nüfuz bölgüsünün daha çox keçən əsrin 90-cı illərinə aid olduğunu bildirənlər bu qənaətdədirlər ki, hər üç lideri - Donald Tramp, Vladimir Putin və Si Cinpini "hakimiyyət iradəsi və ərazi genişlənməsini əhatə edən ümumi dominantlıq həvəsi" ideologiyası birləşdirir. "Bloomberg" yazır ki, belə ortaq baxışların nəticəsi - dünyanın təsir dairələrinə bölünməsi haqqında razılaşmadır. Ruzvelt və Stalin arasında Yaltada olduğu kimi. "Kreml Putin və Trampın "yeni Yalta" üçün əl sıxacağı ümidi ilə məftun olub", - "Bloomberg" yazıb.

"Bayden qorxaq idi, Tramp yox"

"Newsweek" yazır ki, İkinci Dünya müharibəsindən sonra amerikalılar "liberal dünya nizamını" təsbit edib dəstəkləyirdilər və "şovinist imperializmi cilovlayırdılar". "İraq və Əfqanıstan müharibələrindən sonra bu "müstəsnalıq" azaldı. Nəşrə görə Co Bayden həddindən artıq qorxaq idi. İndi 47-ci prezident - Donald Tramp gəlib, o bəyan edir ki, Ukraynada "razılıq" əldə etmək vaxtı çatıb.

Trampın Putinə mart ayında zəng etməsi və bunun ardınca ABŞ-nin rəhbərliyi altında Səudiyyə Ərəbistanında aparılan diplomatiya amerikalı liderin qətiyyətini nümayiş etdirdi. Lakin otuz günlük atəşkəs və Qara dənizdə barışıq haqqında əldə edilmiş razılaşmaya baxmayaraq, döyüş əməliyyatları davam edir. Avropa Beynəlxalq Münasibətlər Şurasının direktor müavini Vesela Çernevaya da hesab edir ki, nizamlama 1945-ci ildə ABŞ, Böyük Britaniya və SSRİ liderləri arasında keçirilmiş və "soyuq müharibə" dövründə Avropanın bölünməsinin əsasını qoymuş Yalta konfransını xatırladır. "Yaltada böyük dövlətlər Şərqi Avropanın gələcəyini həll edirdilər", - o, "Newsweek" jurnalına deyib. "Ukraynasız Ukraynanın gələcəyini həll etmək, Avropasız Avropanın gələcəyini həll etmək kimidir", - deyə əlavə edib.



İngiltərədəki Birmingem Universitetinin beynəlxalq təhlükəsizlik professoru Ştefan Volf isə iddia edir ki, Trampın Ukraynaya təhlükəsizlik zəmanətləri verməkdən imtina etməsi, 1938-ci ildə Münhen konfransında nasist lideri Adolf Hitleri sakitləşdirməyə bənzəyir. Volf hesab edir ki, hazırkı ABŞ prezidentinin təsəvvüründə dünya bir-birinin işlərinə qarışmayan böyük dövlətlərin təsir dairələrinə bölünüb: "Görünür ki, gözlərimiz qarşısında fövqəldövlətlər - Çin və ABŞ dünyanı öz aralarında bölürlər. Hələ tam aydın deyil ki, Rusiya ilə nə olacaq, o, müstəqil oyunçu olaraq qalacaq, yoxsa Çindən daha böyük asılılığa düşəcək".

Bir sözlə, dünya gərgin və maraqlı proseslərə şahidlik edir. Bu proseslərin yekun sonluğu isə hamıya ciddi təsir göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

İlham Haqverdiyev azadlığa buraxıldı

İlham Haqverdiyev azadlığa buraxıldı

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

Şahin Bağırov gömrük yoxlamalarından DANIŞDI – “Nadir hallarda olur”

Şahin Bağırov gömrük yoxlamalarından DANIŞDI – “Nadir hallarda olur”

Şəkərin beyin hüceyrələrinə FAYDASI AÇIQLANDI

Şəkərin beyin hüceyrələrinə FAYDASI AÇIQLANDI

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİLİK

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİLİK

Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında – FOTO

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında – FOTO

Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Hərbi qulluqçular şəxsi jetonla TƏMİN EDİLƏCƏK

Hərbi qulluqçular şəxsi jetonla TƏMİN EDİLƏCƏK

Biləsuvarda antisanitar şəraitdə 205 kq at əti aşkarlandı – FOTO

Biləsuvarda antisanitar şəraitdə 205 kq at əti aşkarlandı – FOTO

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

Aliment fondunun yaradılması Milli Məclisin GÜNDƏMİNDƏ

End of content

No more pages to load

RADİO