Qubanın Amsarqışlaq kəndi sel sularından çox zətər görüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kəndə gələn güclü sel sakin Tərlan Haktarinin evinin yan divarlarını uçurub. Ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Akif Babayevin evi də sel suları ilə dolub.
Kəndin yeni yolunu, bağ və əkin sahələrini, kənd stadionunu da sel basıb.
Quba FHK-nın üzvləri dəymiş zərərin araşdırılmasına başlayıb.Yerində akt tərtib olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu