Yardımlar kəsildi, biznesmenlər Paşinyana BAŞ QALDIRDI – Ermənistanda xaos dönəmi BAŞLAYIR...

ABŞ dövlət katibi Marko Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib.

Bu barədə ABŞ-nın Hökumətin Effektivliyi Departamenti (DOGE) X sosial şəbəkəsində məlumat yayıb. "Katib Rubio Dövlət Departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib", - məlumatda bildirilib.

Ermənistan da yardımlardan məhrum qaldı

Bu addımın  atılmasına səbəb isə iddialara görə, Trampın Dövlət Departamentinin büdcəsini yarıya qədər azaltmaq istəyilə bağlıdır. Bazar ertəsi “Vaşinqton Post” qəzeti əldə etdiyi sənədə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır. Vurğulanıb ki, Ağ Ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir. Bu, Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48 faiz azdır.

Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir. Belə ki, Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.

Erməni iş adamları Paşinyana baş qaldırdı

Bu arada Ermənistanda vergilərin artırılmasına etiraz edən kiçik biznes nümayəndələri hökumət binası qarşısında aksiya keçiriblər. Bildirilib ki, Nazirlər Kabineti biznes icması ilə dialoqa getmək istəmir, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir. Aksiyaçılar hesab edir ki, hakimiyyətin öz qərarını yenidən nəzərdən keçirməkdən imtina etməsi yalnız əks-təsirə səbəb olacaq. Etirazçıların sıralarına hətta hakimiyyətə yaxın deputatların qoşulduğu da bildirilir.

ABŞ-ın yardımlarının dayandırılması və daxildə biznes strukturlarının narazılığının artması Ermənistanı birmənalı şəkildə xaosa sürükləyir. Bu da onu deməyə əsas verir ki, Ermənistanda xaos qaçılmazdır.

Ermənistanı gözləyən son

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, İrəvana bu cür yardımların dayandırılması birmənalı olaraq Ermənistanda ciddi fəsadlara yol açacaq:

“Tramp Prezidentlik kürsüsünə oturandan dərhal sonra bir sıra beynəlxalq təşkilat və ölkələrə edilən yardımlar, ödənişlər dayandırılıb. Növbəti belə bir addım isə xarici ölkələr üçün nəzərdə tutulan 215 milyon dollarlıq layihənin maliyyələşməsinin dayandırılmasıdır. Nəticədə bir çox ölkələr, o cümlədən Ermənistana edilən yardımlar faydalı olmaması səbəbilə kəsilib.

Ermənistan uzun illərdir məhz ABŞ başda olmaqla bir çox ölkələrin etdiyi yardımlar, maliyyə dəstəyilə ayaqda qalıb. Öz iqtisadi gücü olmayan, iqtisadiyyatı bərbad durumda olan qondarma dövlət illərdir ki, yardımlar, dilənçi payı ilə özünü ayaqda saxlayıb. Ermənistana bu cür yardımların dayandırılması təbii ki, ölkədə ciddi fəsadlara yol açacaq. Onsuz da Ermənistan daxilində ciddi narazılıq, narahatlıqlar var. Erməni biznes strukturlarının rəhbərləri artıq Paşinyan hökumətinin yarıtmaz siyasətilə bağlı mövqelərini bildirir”.

Deputat qeyd edir ki, ABŞ-ın Ermənistana verdiyi yardımlar dayanacaqsa, bir çox sahələrdə Amerika-erməni əməkdaşlığına da son qoyulacaq:

“Tramp adminstrasiyası Amerikanın dövlət və iqtisadi maraqlarını hər şeydən üstün tutur. Bu mənada Vaşinqton da dilənən və sərvətləri olmayan Ermənistanla deyil, Cənubi Qafqazda əməkdaşlığı ilə daha çox fayda verəcək Azərbaycanla əlaqələrin güclənməsində maraqlı olacaq. Digər tərəfdən, Ermənistan iqtisadiyatının Rusiyadan asılı olduğunu nəzərə alsaq, ABŞ-ın bu ölkəyə əlavə olaraq iqtisadi yardımlar etməyəcəyi də bəlli olur. ABŞ lazımsız yerlərə vəsaitlər ayırmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Sadiq Xan Lord OLACAQ

Sadiq Xan Lord OLACAQ

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Üç BÜRC üçün qızıl dövr başladı

Üç BÜRC üçün qızıl dövr başladı

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Günay Malikqızı vəzifəsindən ayrıldı

Günay Malikqızı vəzifəsindən ayrıldı

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

End of content

No more pages to load

RADİO