Leyla Əliyeva Bakıda sərgi açılışında - FOTO

Aprelin 15-də “YARAT” Müasir İncəsənət Mərkəzinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir zamanlar dəniz” adlı qrup sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə yaxından tanış olublar.

Bizim.Media xəbər verir ki, sərgidə Azərbaycan sənətçilərinin rəngkarlıq, qrafika, fotoqrafiya, video və instalyasiya əsərləri təqdim olunub.
 

Sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır.


O, sərginin əsas ideyasının havaylı tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş “dəniz epistemologiyası” anlayışına istinad etdiyini vurğulayıb.

“Onun təbirincə, dəniz, sadəcə, bir coğrafi məkan deyil, həm də dünyanı dərk etməyin və formalaşmağın bir yoludur. Bu mənada Xəzər insanın öz kimliyini, tarixini və arzularını oxuya biləcəyi bir məkana çevrilir. Sərgidə dənizə yalnız baxılmır, həm də onunla qarşılaşma baş verir.

Multidisiplinar yanaşma vasitəsilə ekspozisiya su ilə münasibətlərimizin canlı arxivinə, ekoloji itki, mədəni unudulma və bağın yenidən qurulması ehtimalı üzərində həm poetik, həm də tənqidi düşüncəyə çevrilir.

Elmi proqnozlara görə, çağdaş əsrin sonuna qədər Xəzər dənizinin sahəsi 25 faizə qədər azala bilər. Tarix boyu Xəzərin su səviyyəsi dövri şəkildə dəyişmiş olsa da, bu gün baş verən proseslər geri dönməz xarakter daşıya və birbaşa antropogen dövrlə əlaqəli ola bilər”, - deyə kurator əlavə edib.

Sərginin, həmçinin filosof Həsən Quliyevin “Arxetipik azərilər: mentalitetin simaları” kitabına istinad olunduğunu diqqətə çatdıran Zəhra Məmmədova söyləyib:

“Bu əsərdə dənizin əksər hallarda müqəddəs bir varlıqdan daha çox təhlükə və ya resurs kimi qəbul edildiyi qeyd olunur. Sərgi belə bir sual ortaya qoyur: görəsən, bu yanaşma dəyişə bilərmi? Xəzər dənizi itki yeri olmaqla yanaşı, eyni zamanda, qayğı göstərilən, təxəyyülü oyadan və mənəvi bağlar quran bir varlıq kimi yenidən mənalandırıla bilərmi?

”Ekspozisiya dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Sovet dövrü Azərbaycan sənətçilərinin əsərləri və arxiv materialları Xəzərin əsrlər boyu Azərbaycan şüurunun periferiyasında necə mövcud olduğunu nümayiş etdirir: görünən, lakin uzaq, istismar olunan, lakin nadir hallarda canlı orqanizm kimi qəbul edilən. Müasir sənətçilər isə bunun əksinə olaraq, Xəzəri incə və intim bir məkan kimi təsvir edirlər. Müxtəlif media vasitəsilə insanla dəniz, keçmişlə indi, yaddaşla unudulma arasında dialoq qururlar”.
 

Sərgidə Nadir Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov, Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə, Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin əsərləri nümayiş olunur.


Tədbir çərçivəsində kurator və yazıçı Dərya Yücel, müstəqil kurator və “Artcom” platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə “Xəzər dənizinin kölgəsi mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.

Sonda Xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı “Dəniz” adlı sənədli film nümayiş olunub.

Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası var. “Dəniz” filmi də məhz bu dövrün məhsuludur.

Ekran əsərinin çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib:

“Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə, musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür”.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

End of content

No more pages to load

RADİO