Abşeron rayonunun Saray qəsəbəsində avtomobillərin hərəkət etdiyi yollar gecə saatlarında qaranlığa qərq olur.
Bizim.Media xəbər verir ki, bu barədə Musavat.com-a qəsəbə sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, küçə işıqları işləmədiyi üçün yollarda tez-tez qəzalar baş verir.
Sakinlər vurğulayırlar ki, sürücülər qaranlıqda yolu keçən piyadaları görməkdə çətinlik çəkirlər. Bu isə piyadaların həyatını təhlükə altına atır.
Bizim.Media