BİZİM TƏQVİM: Aprelin 16-da baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Proqrama əsasən 5 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində dövlət hesabına təhsil alıb.

Bəs, aprelin 16-da daha hansı hadisələr baş verib?

1. 1906-cı ilin bu günündə "Dəbistan" maarifçi jurnalı Bakıda nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

2. 16 aprel 1941-ci ildə 500 Almaniya təyyarəsi bütün gecə Londonu bombalayıb. Bu, İkinci Dünya Müharibəsi zamanı Almaniyanın İngiltərəyə etdiyi “The Blitz” hücumlarının ən böyüyü idi. 1940-cı ilin oktyabrından 1941-ci ilin iyununa qədər davam edən bu hücumlarda təxminən 32.000 vətəndaş öldü, 87.000 min nəfər yaralandı.

3. 1945-ci ilin 16 aprelində Sovet Ordusu Almaniyanın paytaxtına girdi və Berlin uğrunda müharibə başladı.

4. 16 aprel 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı yaradıldı. Qısa adı OECD olan təşkilatın üzvləri sənayeləşmiş və inkişaf etməkdə olan ölkələrdən ibarətdir. Hal-hazırda Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının 36 ölkə üzvü var.

5. 1972-ci il 16 apreldə bəşər övladının 5-ci Ay yolculuğu “Apollo 16” kosmik gəmisilə başladı.

6. 16 aprel 1992-ci ildə Əfqanıstanda sovetyönümlü hakimiyyətə son qoyulub. Prezident Məhəmməd Nəcibulla mücahid qruplaşmaları tərəfindən devrilib. Nəcibulla bir neçə ay BMT-nin Kabildəki nümayəndəliyində sığınacaq tapsa da, mücahidlərin ən radikal qanadı olan “Taliban” tərəfindən ələ keçirilərək Kabilin mərkəzində asıldı.

7. 16 aprel 1992-ci ildə Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr qurulub.

8. 16 aprel 2004-cü ildə  Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələr qurulub.

9. 2017-ci ilin 16 aprelində Türkiyədə hökumət idarəetmə formasını prezidentlik sistemi olaraq dəyişdirmək üçün referendum keçirildi.

16 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Yaradıcılığı ilə XX əsr Avropa ədəbiyyatına güclü təsir göstərən məşhur fransız yazıçısı Anatol Frans  1844-cü ilin bu günü Parisdə anadan olub (1844-1924)

2. Dahi Amerika rejissoru, aktyoru və ssenari müəllifi, Çarli Çaplin kimi tanınan Çarlz Spenser Çaplin 1889-cu ilin 16 aprelində İngiltərənin paytaxtı Londonda dünyaya gəlib. Yaratdığı Şarlo obrazı, “Qızılaxtaranlar”, “Sirk”, “Böyük şəhərin işıqları”, “Yeni dövrlər” filmləri dünya kinematoqrafiyasının ən qiymətli inciləri sayılır(1889-1977)

3. Bu gün tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin doğum günüdür. Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi və yeni intonasiyaları ilə fərqlənir. Bəstəkarın sərhədlər aşan əsəri məşhur “Cücələrim” mahnısıdır (1916-1961).

4. 1934-cü ilin bu günündə tanınmış bəstəkar, Xalq artisti Ramiz Mirişli anadan olub(1934–2015). O, “Bir könül sındırmışam”, “Əlvida”, “Bir xumar baxışla”, “Yandım, elə yandım”, “Yeddi qızdan biri gözəl”, “Küsüb məndən” və digər sevilən mahnıların müəllifidir.

5. Azərbaycan Bəstəkarı Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə vəfat edib(28 aprel 1924 – 16 aprel 1981).

Ələkbər Tağıyev çox erkən, 16 yaşında ailə qurub. Ələkbər Tağıyev 1981-ci il aprelin 16-da dünyasını dəyişib. Maştağada "Seyidlər" qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam" mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam”.

6. Azərbaycanlı aktyor, Xalq artisti Rafiq Əliyev 16 aprel 1949-cu ildə anadan olub. O teatr və kinoda çoxsaylı obrazlar yaradıb.

7. Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Debüt" studiyasının bədii rəhbəri, professor Eldar Quliyev16 aprel 2021-ci ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

End of content

No more pages to load

RADİO