"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"

Prezident İlham Əliyev oktyabrın 10-da ilin 9 ayının yükunları ilə bağlı Nazirlər Kabinetinin toplantısında bir çox məsələlərə toxundu.xa0

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, ölkə başçısının toxunduğu hər bir problem ciddi araşdırılsa, çox böyük korrupsiya faktları ortaya çıxacaq və buna görə bir çox məmurlar məsuliyyətə cəlb olunacaqlar:


“Bakı Nəqliyyat Departamenti kimi bir qurum yaradılıbsa, ora layiqli bir kadr təyin olunmalıdır və sonra avtobusları idarə edən şirkətləri dövlətin nəzarətinə keçirmək lazımdır. Bu gün onların fəaliyyəti səmərə vermir. Məsələn, bir neçə gün öncəki qəzada avtobusu idarə edən sürücünün narkoman olduğu ortaya çıxdı, hətta əvvəllər məhkumluq həyatı da yaşayıbmış. Bu şirkət Ziya Məmmədovun idi. Mən dəfələrlə bunu demişəm və ölkə başçısı da bu məsələlərin hamısına bir-bir toxundu. Sahibkarlar hər biri öz yaxının, qohumunu işə cəlb edib və onların da insanların təhlükəsizliyi məsələsi veclərinə deyil.xa0

Bu gün Bakıda qanunsuz olaraq hündürmərtəbəli binalar tikilib. Bunun icazəsini verən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovdur. Bu binaların tikilməsinə kosmosdan gəlib icazə verilməyib ki. Bu sərəncamlara Hacıbala Abutalıbov qol çəkib və onu bu gün niyə aparıb baş nazirin müavini qoyublar? Hacıbala Abutalıbov bu gün həbs edilməlidir. Mən də bunları deyəndən sonra bu cür adamlar üstümə killer göndərib məni öldürmək istəyirlər. Allahın yazığı gəldi, sağ qaldıq. Amma həyatım hər an təhlükədədir. Bəs dövlət başçısına kim kömək etməlidir? Dəfələrlə qeyd etmişəm ki, tikintidə özbaşınalıq baş alıb gedir. Tikinti sektorundakı özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir.xa0

Səlim Müslümovun bir zamanlar nazir olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlama aparılsa, çox ciddi korrupsiya faktları ortaya çıxar. S.Müslümov indi bir universitetin kafedrasında oturub, heç nə vecinə deyil. Ölülərin adından milyonlar yığdı, əlil olmayan adamlara əlillik verdi. İndi də eyş-işrət içində yaşayır. Bu cür yaşamağa nə var ki, gəl 5-10 il bu dövləti talan et, sonra da get ömrünün axırına kimi yaşa.xa0


Nə qədər qaçqın olmayan adama qaçqın şəhərciklərində evlər verdilər. Yoxlama aparılsa, çox ciddi korrupsiya faktları ortaya çıxacaq. Hər bir təbəqədən o evləri alan adamlar var. Qaçqınlara ayrılan milyardlarla pulların hamısı yeyilib. Bu dövlət bizimdir, hər şeyi bir adamın üstündə yükləmək düzgün deyil axı. Məmurlar belə hərəkətləri ilə əhali arasında nə qədər süni narazılıqlar yaradırlar və biz də bunu deyəndə bizə qarşı terror əməliyyatları həyata keçirməyə cəhd edirlər. Mənim dediklərimxa0 bu gün öz təsdiqini tapırsa, bu mənim günahım deyil axı. Bir partiya sədri, dövlət başçısını sevən bir insan kimi çalışıram bunları dilə gətirməklə hər dəfə ölkə başçısına kömək edəm”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

End of content

No more pages to load

RADİO