Azərbaycanda “Hell”ə alidəçilik sürətlə artır - Şirkət müştəri sayını gizli saxlayır

Bu gün istəsək də, istəməsək də enerji içkiləri qida rasionumuza daxil olub. Əksər gəncələrin səhəri çay əvəzinə “Hell”, “Red Bull”, “Bizon”la açdığını desək, yəqin ki, bizimlə razılaşarsınız. Küçələrə, zibil qutularına atılmış boş bankaların çox olması xa0da dediyimizin əyani sübutudur...

xa0

Həkimlər deyirlər ki, energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir.xa0Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.

xa0

Mütəxəssislərin bildirdiyinə görə, sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz. Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür. Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz. Çünki kofein qan təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.


Amma bütün bunlara baxmayaraq, Azərbaycanda energetik içkilərə alidəçilik artır, xüsusən də gənclər arasında... İstər oğlan, istərsə də qız... Son vaxtlar “Hell” içənləri hər addımbaşı görmək olar. Onlar üçün havanın da isti və ya soyuq olmasının fərqi yoxdur, əllərində “Hell” bankaları...

Maraqlıdır, Azərbaycanda “Hell” içənlərin statistikası nə deyir?

xa0

Moderator.az xəbər verir ki, Modern.az-ın bununla bağlı müraciət etdiyi “Hell Azərbaycan şirkətindən suallarımızı cavablandırıblar.

xa0

Şirkətdən bildirilib ki, hazırdaxa0 “Hell”in istehlakçılarının sayını müəyyənləşdirmək mümkün deyil, yalnız satılan ümumi məhsul miqdarının məlumatları var ki, bunlar da gizli saxlanır:

“Ümumilikdə əsas istehlakçılarımız 18-45 yaş arası böyüklərdir. Azərbaycan istehlakçıları “Hell Classic”i digər dadlardan üstün tuturlar. Bu məhsul klassik tutti-frutti ləzzətindədir və adi 32 mg / 100 ml kofein tərkiblidir”.

Enerji içkilərinin zərərli olmasına gəlincə, şirkət gün ərzində müştərilərə 1 banka “Hell” içməyi tövsiyə edir:

“Müştərilərimizə günə 1 banka / günə (250ml bankanın tərkibində 80 mq kofein var) tövsiyə edirik - bu da məhsullarımızın arxa hissəsində qeyd olunur. Məsul bir prodüser olaraq, Avropa Qida Təhlükəsizliyi Təşkilatının kofein istehlakının qida təhlükəsizliyi baxımından 66,531 nəfərlə əhatəli bir araşdırma (2015-ci ildə nəşr olunmuş) həyata keçirilib. Məlum olub ki, "kofein istehlakının 400 mq gün ümumi əhali üçün narahatlıq doğurmur. xa0Demək olar ki, 400 mq kofein sağlam bir yetkin şəxs tərəfindən təhlükəsiz şəkildə istehlak edilə bilər”.

xa0

Şirkət “Hell” məhsulların tərkibinə heyvan mənşəli qatqıların əlavə olunması fikirlərilə ilə razılaşmır:

“”Hell” məhsullarına heyvan komponentləri əlavə etmirik. Bizim məhsullara 90 % su, həmçinin stimullaşdırmaq üçün kofein və enerji artırmaq üçün şəkər qatılır. xa0Onlar 5 növ B vitamini ilə möhkəmləndirilir. Bütün “Hell” enerji içkilərin pasterizə olununub, tərkibində qoruyucu maddələr yoxdur”.

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Mələkxanım Eyubovanın həyat yoldaşı nəvəsi ilə - VİDEO

Mələkxanım Eyubovanın həyat yoldaşı nəvəsi ilə - VİDEO

30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərildi

30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərildi

Əraqçinin Livana səfəri qəfil LƏĞV EDİLDİ

Əraqçinin Livana səfəri qəfil LƏĞV EDİLDİ

Ömürlük məhkum edilən separatçıların MƏHKƏMƏSİ OLDU - FOTO

Ömürlük məhkum edilən separatçıların MƏHKƏMƏSİ OLDU - FOTO

Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – SƏBƏBLƏR

Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – SƏBƏBLƏR

Türk dövlətlərinin birgə dini eksiklopediyası YARADILA BİLƏR

Türk dövlətlərinin birgə dini eksiklopediyası YARADILA BİLƏR

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun BƏYANATI

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun BƏYANATI

Pakistanda tədris mərkəzinin tavanı uçdu – Uşaqlar dağıntılar altında qaldı - VİDEO

Pakistanda tədris mərkəzinin tavanı uçdu – Uşaqlar dağıntılar altında qaldı - VİDEO

"Ev deyil, qanunsuz tikili sökülür" – Yasamal RİH-dən açıqlama

"Ev deyil, qanunsuz tikili sökülür" – Yasamal RİH-dən açıqlama

İran ABŞ ilə danışıqlar barədə: “Qərarı biz verəcəyik”

İran ABŞ ilə danışıqlar barədə: “Qərarı biz verəcəyik”

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

End of content

No more pages to load

RADİO