Biləsuvar rayonunda yerləşən ticarət mərkəzində baş vermiş insident nəticəsində bir nəfər bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə 2003-cü il təvəllüdlü, rayon sakini Abbaszadə Samir Ruslan oğlu ilə digər ticarətçi Babayev İkram Cavanşir oğlu arasında yaranmış mübahisə zəminində baş verib.
Mübahisə zamanı Babayev İkram Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu