Ağdaşda bıçaqlanma hadisəsi olub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, rayonun Birinci Aral kəndində 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.
Bizim Media, Aran bürosu