Xaçmazın Həsənqala kəndində kənd sakini Kifayət Mahmudovaya məxsus 4 otaqlı, 2 mərtəbəli yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, gecə saatlarında baş verən yanğının elektrik naqillərinin qısa qapanmasından baş verdiyi deyilir.
Nəticədə ümumi sahəsi 250 kv.metr olan evin 200 kv.metri əşyaları ilə birgə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu