BİZİM TƏQVİM: Aprelin 3-də baş vermiş tarixi hadisələr

3 aprel Bnəlxalq Mobil Telefon Günüdür. 1974-cü ilin bu günü mobil telefon vasitəsilə ilk dəfə zəng edilib. Mobil telefonla ilk zəngi edən Martin Kuper adlı şəxs olub.

Bəs, aprelin 3-də dünyada daha hansı hadisələr olub?

1. 1906-cı ilin 3 aprelində Lümyer qardaşları rəngli fotoşəkil icad ediblər.

2. 3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi. Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu. 

3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi. Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu.

4. 3 aprel 1945-ci ildə sovet qoşunları Macarıstanın paytaxtı Budapeştə daxil oldu, ağır döyüşlər nəticəsində işğalçı faşistlər geri çəkldilər. Qeyd edək ki, bu illərdə Avropanın faşist işğalı olan hər yerində milli azadlıq hərəkatı geniş vüsət almışdı.         

5. 3 aprel 1948-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Harri Trumen (Harry Truman) iqtisadi yardımları əhatə edən Marşal Planını imzaladı. İkinci Dünya Müharibəsindən sonra iqtisadi böhrana girən bəzi ölkələrə dəstək məqsədilə təşkil olunan iqtisadi yardım paketindən, aralarında Türkiyənin də olduğu, 16 dövlət istifadə edib.

6. 2018-ci ilin 3 aprelində Türkiyənin ilk nüvə enerji təməli ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə atıldı.

7. 2009-cu ilin bu günündə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu”nun yaradılması haqqında Fərman imzalayıb. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.

3 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür. 1839-cu ildə Gəncədə doğulan Ələkbər Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb.  Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə ümumi səfərbərlik keçirib, müdafiə dəstələrinə rəhbərlik edib.   Erməni terroru barədə mətbuatda çoxsaylı məqalələrlə də çıxış edən Ə.Rəfibəyli həm də Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən biridir. O, 1919-cu ilin 3 aprelində dünyasını dəyişib (1839-1919).

2. 3 aprel 1908-ci ildə Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.

3. 3 aprel 1922-ci ildə tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.

4. 3 aprel 2008-ci ildə Əməkdar artist Şəfiqə Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində (“Arşın mal alan” - Asya, “Sevil” - Gülüş) çıxış edib, Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Görüş” və s. filmlərdə çəkilib.

5. 2015-ci ilin bu günündə Türk pop müğənnisi və bəstəkarı Kayahan Açar uzunsürən xəstəlikdən sonra vəfat edib (1949-2015). O, “Canımın yarpakları”, “Emrin olur”, “Gönül sayfam”, “Ne oldu can” və digər albomlarındakı bir-birindən gözəl mahnıları ilə yüz minlərlə insanın sevgisini qazanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

End of content

No more pages to load

RADİO