Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmurla bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirsadiq Əskərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunda meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Lerik rayon sakini, 1978-ci il təvəllüdlü Əskərov Mirsadiq Rakif oğlu beynəlxalq axtarışda olduğu üçün 26.12.2022-ci ildə Rusiyanın Moskva şəhərində tutularaq Azərbaycana gətirilib.

Onun axtarışa verilməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad Qarayevi (soyadı şərti) döyərək qabırğasını sındırması olub.

Belə ki, M.Əskərov 2021-ci ilin dekabr ayında işdən çıxarıldıqdan sonra "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsinin rəisi Şahin Cəfərov əl-ələ verib cənub meşələrini məhv edir" başlığı ilə sosial şəbəkələrdə şikayət formasında yazı yazıb, fotolarla paylaşıb. Həmin yazılar mediada da işıqlandırılıb.

Sözügedən şikayətdən sonra Lənkəran Regional Meşə İdarəsinin sabiq rəisi Şahin Cəfərovun göstərişi ilə 2022-ci ilin 2 yanvar tarixində Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında yoxlama aparılıb. Yoxlamaya 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən E.Qarayev və digər şəxslər göndərilib.

M.Əskərov Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qeyd olunan əraziyə gedib. O, Elşadın "Niva” markalı avtomobildə əyləşdiyini görüb. Daha sonra "Sən kimsən ki, Astaradan Lerikə yoxlamaya gəlmisən" sualını zərərçəkmişə verərək, onu yaxasından tutub avtomobildən düşürüb, təpiklə nazirlik əməkdaşını vurub. Nəticədə nazirlik əməkdaşı Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib, qabırğasının sındığı aşkarlanıb. O, cərrahiyyə əməliyyatı olunaraq dalağı çıxarılıb.
 

Hadisədən sonra M.Əskərov ölkəni tərk edərək, Moskvaya gedib və bir müddət sonra orada saxlanılaraq Azərbaycana gətirilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əskərov Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

End of content

No more pages to load

RADİO