BİZİM TƏQVİM: Aprelin 2-də baş vermiş tarixi hadisələr

1993-cü ilin bu günündə Kəlbəcər rayonu Ermənistanın təcavüzkar qüvvələri tərəfindən işğal olunub. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. 

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin ötən 27 ildə həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi. Nəhayət, 2020-ci ildə 44 günlük müharibənin yekunu olaraq Ermənistan məğlub oldu və Kəlbəcər döyüşsüz azad edildi.

Bəs, aprelin 2-də dünyada daha hansı hadisələr baş verib?

1. 2 aprel 1453-cü ildə Osmanlı Sultanı Fateh Mehmet İstanbulu mühasirə hərəkatına başladı.

2. 1882-ci ildə İrəvanda şəhər məktəbinin müəlimi Məşədi İsmayılın təşəbbüsü ilə “Tamahkarlıq düşmən qazanır” pyesi tamaşaya qoyuldu. Sonra Firudin bəy Köçərli Mirzə Fətəli Axundovun “Məstəli şah” tamaşasını hazırladı. Həmin tarix, yəni 1882-ci il aprelin 2-si İrəvan Teatrının yaranması günü kimi qeyd edilir.  1918-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı teatr bağlandı. Hal-hazırda Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı 1988-ci ildən Bakıda fəaliyyətini davam etdirir.

3. 1917-ci ilin 2 aprelində Amerika Birləşmiş Ştatları faktiki olaraq Birinci Dünya Müharibəsinə girdi.

4. 2 aprel 1930-cu ildə Selasiye özünü Efiopiyanın imperatoru elan etdi.

5. Kommunizm tərəfdarı kimi şübhələnildiyi üçün 1952-ci ildə ABŞ-ı tərk edən Çarli Çaplin bir də 20 ildən sonra - 1972-ci ilin 2 aprelində ilk Oskar mükafatını almaq üçün geri qayıtdı.

6. 2 aprel 1982-ci ildə Falkland adalarıArgentina tərəfindən zəbt olundu.

7. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Çin Xalq Respublikası, Danimarka və Yunanıstanla diplomatik münasibətlər qurub.

8. 2 aprel 2011-ci ildə Azərbaycanın “Azərreyl” voleybol klubu Çellenc Kubokunu qazanıb.

9. 2014-ci ilin bu günündə  Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib.                                                                                                              

2 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyaşöhrətli nağılçı, Danimarka yazıçısı Hans Xristian Andersen 1805-ci ilin 2 aprelində dünyaya gəlib. Ona uşaqlar üçün yazdığı nağıllar böyük şöhrət gətirib və Andersen uşaq ədəbiyyatının korifeyi səviyyəsinə yüksəlib (1805-1875).

2. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, fransız yazıçısı Emil Zola 1840-cı ildə dünyaya gəlib. Yaradıcılığının ilk dövründə Viktor Hüqonun təsirilə romantik əsərlər yazıb (1840-1902)

3. Morze adlanan ilk teleqraf əlifbasını yaradaraq dünyada rabitə sahəsində böyük inqilab edən və bununla da kommunikasiya sistemini təmin edən amerikalı ixtiraçı və rəssam Samuel Morzenin 1 aprel xatirə günüdür (1791-1872). Qeyd edək ki, morze əlifbası işarələrlə kodlaşdırma üsuludur.  6 yanvar 1836-cı ildə Samuel Morze Nyu Cersi ştatının Morristovn şəhərində teleqraf aparatını nümayiş etdirib və bunun vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərib. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: “Səbr edən heç vaxt uduzmur”.

4. 1854-cü ilin bu günündə dramaturq Nəcəf bəy Vəzirovun doğum günüdür (1854-1926). O, “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. “Daldan atılan daş topuğa dəyər", "Sonrakı peşmançılıq fayda verməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük" və başqa əsərləri ilə Azərbaycan dramaturgiyasına yeni nəfəs gətirib.

5. 2 aprel 1870-ci ildə şair Azər İmaməliyev (1870 – 8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən ədəbi tərcümələr edib.

6. 2 aprel 1931-ci ildə Xalq rəssamı Altay Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”, “Aşıq Pəri” və s.) və s. əsərlərin müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

End of content

No more pages to load

RADİO