Boşanmış ər arvadını mənzildən çıxara bilərmi? – Ali Məhkəmənin QƏRARI

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi mülkiyyət hüquqi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bizim.Media xəbər verir ki bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, tərəflər keçmiş ər-arvad olub, nikahları 2018-ci ildə pozulub.

Mübahisə cavabdehin (arvadın) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/2 payla iddiaçının (ərin), 1/2 payla cavabdehin, fərdi yaşayış evi isə tam payla iddiaçının adına qeydə alınıb.
 

Hazırda iddiaçı cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair iddia qaldırıb. Birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının 8000 manat kompensasiya ödəməsi müqabilində cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, göstərilən kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması qət edilib.


Bundan sonra cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edib. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci cavabdehin fərdi yaşayış evinə olan istifadə hüququna iddiaçı tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilməsi və onun fərdi yaşayış evindən çıxarılması qət edilib.

Lakin cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, ona 25000 manat kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilməklə evdən çıxarılmağına dair qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin hərtərəfli və obyektiv araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş edib.

Ali Məhkəmənin mövqeyi:

İşə baxmış aşağı instansiya məhkəmələri Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməli olması qənaətinə gəliblər. Bu mövqe ilə razılaşmayan kassasiya kollegiyası bildirib ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir.

Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilib ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir.

Bundan əlavə, həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Çünki, qanunvericiliyimizdə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digər mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmayıb. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.

Belə olduğu halda, hazırkı məqamda iddiaçı tərəfindən kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi mümkün deyil. Başqa sözlə, Mülki Məcəllənin 228.2-ci maddəsinin şərtləri hazırkı işdə müəyyən olunmamışdır.

Həmçinin qeyd olunub ki, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə yeni əsaslarla eyni iddianı qaldırmaq imkanından məhrum etmir.

Belə ki, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması və ya bölünməsi mümkündür. Bunu edən ümumi mülkiyyətçi əşyanın öz payına uyğun olaraq naturada ayrılmış (və ya bölünmüş) hissəsinə fərdi mülkiyyət hüququ əldə edir. Fərdi mülkiyyət hüququna malik olan şəxs isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürə bilər. Bu halda qaldırılacaq iddia yeni əsasla irəli sürülmüş tələb sayılacaq.

Bu baxımdan Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib.

Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərar çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

End of content

No more pages to load

RADİO