Gəncədə 1 ildə 1200 nəfəri İT DİŞLƏYİB – “Quduzluq təhlükəsi ARTIR”

“Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil:

“Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm.

Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqları aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır.

Sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası, bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər.

Sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər.

Şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək məqsədəuyğundur. Sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsaitlər sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardımın göstərilməsi üçün istifadə olunmalıdır.

Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir. Bu problemlərin həllinə birgə səylərimizi yönəltmək, şəhər və rayonlarımızda sahibsiz heyvanların vəziyyətini yaxşılaşdırmaq üçün Milli Məclisdə ictimai dinləmə keçirməklə ən əsas töhfəni verə bilərik. İnanıram ki, sadaladığım addımlar, sahibsiz heyvanların sakinlərimizlə birlikdə təhlükəsiz və sağlam şəraitdə yaşamasına kömək edəcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

End of content

No more pages to load

RADİO