Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti - FOTO

Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Turkutun cəzası ağırlaşdırılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, yenə də dələduzluqda təqsirli bilinib.

İşin maraqlı tərəfi odur ki, İlknur bu cinayəti əvvəlki işinə görə ev dustaqlığında olduğu müddətdə törədib. O, zərərçəkmiş Şirin Abasovu avtoqəzaya görə 5 il 6 ay azadlıqdan məhrum edilmiş oğlunu azad edəcəyi vədi ilə aldadıb.
 

Bu iş üçün Ş.Abasov müxtəlif vaxtlarda İlknura 15 min manat verib: “İlknuru uşaqlıqdan tanıyırıq. Oğlumun işini biləndən sonra kömək edə biləcəyini dedi. Bizi inandırdı. Birinci dəfə yanvar ayında 5 min manat verdik. Sonra dedi ki, hakimlə prokurora da 10 min manat çatmalıdır. Söz verdi ki, pulu verən kimi iş həll olunacaq. Həmin pulu da tapıb verdik.


Pulu alandan bir neçə gün sonra yenə danışdıq. Dedi ki, lazımi adamlarla danışıb, martın 23-ü oğlumu özü evə gətirəcək. Bu söhbətdən sonra isə bir daha onunla əlaqə yarada bilmədik. Nə oğlum azad olundu, nə pulumuzu geri ala bildik. İş açılandan sonra cəmi 500 manat qaytarıb”.

Xanım müttəhim zərərçəkmişin dediklərini təsdiq edib. Amma özünü qismən təqsirli bilib. O, azadlığa çıxdıqdan sonra pulun qalan hissəsini də qaytaracağına söz verib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə 13 ay davam edən məhkəmə araşdırması nəhayət başa çatıb.

İlknura 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Əvvəlki cəzası ilə birləşdirilməklə ümumi cəzası 6 il 6 ay olub.

Zərərçəkmiş şəxsin vurulmuş ziyana görə qaldırdığı mülki iddia da qismən təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən vurulmuş ziyana görə 14 min 500 manat tutularaq zərərçəkmişə verilməlidir. Mənəvi ziyanla bağlı iddia isə əsaslı sayılmayıb.

Qeyd edək ki, İlknurun bacısı Aytac keçən il rüşvət alma, dələduzluq və sənəd saxtalaşdırma cinayətlərinə görə 7 illik həbsə məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

End of content

No more pages to load

RADİO