Ağdamda əkin sahələri fasiləsiz olaraq suvarılır, içməli suya tələbat ödənilir - FOTO

Ağdam rayonunda mexaniki üsulla aparılan suvarmanın yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Hər il əkin sahələrinin vaxtında və normalara uyğun olaraq suvarılması nəticəsində məhsuldarlıq artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, Agentliyin tabeliyində olan Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ötən il olduğu kimi 2025-ci ildə də meliorativ tədbirlərini uğurla davam etdirir. Bunun üçün idarənin balansında olan 1136 subartezian quyusu, 8 nasos stansiya, 4 su yığıcı göl, 11 kəhriz, 365 km suvarma kanalları, kanallar üzərində isə 323 ədəd hidrotexniki qurğu mövcuddur. Bundan başqa, idarə tərəfindən sel və daşqınlara qarşı da təxirəsalınmaz işlər görülür ki, bu da yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qoruyur. Ağdam rayonunda istifadə edilən sular mexaniki üsulla çıxarılır. 2025-ci ilin əvvəlindən indiyədək 22 milyon 575 min kubmetr su çıxarılıb və 14 min 561 hektar sahə orta hesabla 0,5 dəfə suvarılıb.

Ağdam rayonunda yaşayan əhalini içməli su ilə təmin etmək üçün Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərtib olunmuş plan əsasında bütün işləri yerinə yetirib. İçməli su anbarlar və iri həcmli çənlər vasitəsi ilə şəbəkələrlə abonentlərə çatdırılır. Bu işlərin təmin olunması üçün 115 ədəd subartezian quyusundan istifadə olunur. İdarə tərəfindən İmamqulubəyli qəsəbəsi üzrə də 847 abonent olmaqla 3 min 163 nəfər rayon sakininin içməli məişət suyuna xidmət edilir. Qəsəbənin su təminatı hər birinin həcmləri 1000 kubmetr olmaqla 2 su anbarı, 2 nasos stansiya həyata keçirir.

Qeyd edək ki, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Ağdam rayonunun 38 min 645 hektar torpaq sahəsini və 103 min nəfər rayon əhalisinin içməli-məişət suyuna olan tələbatını həyata keçirir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

End of content

No more pages to load

RADİO