Şəmkirdə ildırım vurması nəticəsində öldüyü deyilən 57 yaşlı kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.
Onun meyiti üzərində hər hansı ildırımvurma əlaməti aşkarlanmayıb. Faktı mərhumun yaxın qohumları da təsdiq edib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu