Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media