Azərbaycanlıların Soyqırımı günü olan 31 mart Qubadakı Soyqırımı Memorial Kompleksini 8 minə yaxın insan ziyarət edib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna, qurumun mətbuat katibi Abutalıb Turabov məlumat verib.
Bildirilib ki, təkcə Qubadan və şimal rayonlarından deyil, paytaxtdan, respublikanın müxtəlif bölgələrindən gələn gənclər, ziyalılar, qazi və şəhid ailələri, müxtəlif peşə adamları kompleksdə soyqırım qurbanlarının xatirəsini ehtiramla yad ediblər.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu