Sabahdan bu marşrut üzrə qatarlar yeni qrafiklə hərəkət edəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. 

Bu barədə Bizim.Media-ya QSC-dən məlumat verilib.

Bildirilib ki, bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılır:

“Yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır.

Həmçinin qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.

İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılır.

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir” – deyə qeyd edilib.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılır:

“Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLIRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
 

Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılır. Bununla əlaqədar olaraq Xırdalan stansiyasında mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb. Bundan başqa, Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib, Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədli stansiyasında isə turniket sayı 3-dən 10-dək artırılıb.


Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılır.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılır.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.

ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.
Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

Yuxuda qızıl tapmaq nə deməkdir?

Yuxuda qızıl tapmaq nə deməkdir?

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Məşhur Portuqaliya klubu müflis oldu

Məşhur Portuqaliya klubu müflis oldu

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

İmtahanda maksimal nəticə göstərən Orxan: “Uğurun açarı hər gün nizamlı şəkildə irəliləməkdi”

İmtahanda maksimal nəticə göstərən Orxan: “Uğurun açarı hər gün nizamlı şəkildə irəliləməkdi”

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

End of content

No more pages to load

RADİO