Ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin rəhbərlərinin müflis etdiyi iş adamı İbrahim Zeylalov dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər.
İ.Zeynalovun xəstəlikdən dünyasını dəyişdiyi bildirir.
Ölən iş adamı Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nda uzun illər direktor işləyib. 2007-ci ildə Bakıda sintetik xalça fabriki tikib.
Bu ərəfədə MTN tərəfindən saxlanılıb, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilib. İ.Zeynalov MTN-in vəzifəli şəxsləri tərəfindən pulu ələ keçiriləndən sonra müflis duruma düşüb. O, son illər Neftçala rayonunda vaqonda yaşayırdı.

Bizim.Media