Moderator.az-ın baş redaktorundan BDYPİ rəisinə "gecə canavarları" ilə bağlı MÜRACİƏT...

Hörmətli Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov!

Sentyabrın 20 - də axşam saatlarında Nobel prospektində baş vermiş dəhşətli qəzadan bir gün sonra üzləşdiyim təhlükəli vəziyyət gecənin bu saatında belə bir müraciəti yazmağıma səbəb olub.xa0

Cənab general!xa0

Sizi şəxsən tanıdığıma görə səmimiyyətinizə şübhə etmirəm və bilirəm ki, çox böyük təəəsüf dolu həyəcanla yazdığım bu sətirlərdə qaldırdığım problemə biganə qalmayacaqsınız.xa0

Bildirirəm ki, mən Binəqədi rayonu 7-ci mikrorayonda "Dərnəgül" metrostansiyasının yaxınlığında yaşayıram və demək olar ki, fasiləsiz olaraq ilin 365 günü ərazidəki çox geniş park və ona bitişik avtomobil yolunda yüzlərlə paytaxt sakini kimi gecə saatlarında həmin məkanı insanların istifadəsinə verənlərin ölüsünü rəhmətlə, dirisini minnətdarlıqla yad edərək gəzintiyə çıxıram. Məlumat üçün bildirim ki, barəsində bəhs etdiyim ərazi metronun "Dərnəgül" stansiyasının hər iki çıxışını əhatə edir və ərazidə bir neçə təhlükəsiz şəhər kameralarının quraşdırıldığı gözə dəyir (hərçənd həmin kameraların işlək vəziyyətdə olub-olmadığı mənə naməlum olaraq qalır).xa0

Hörmətli Ramiz müəllim!xa0

Ərazidə inşa edilmiş çox komfortlu və rahat ikitərəfli avtomobil yolu var. Yolun ümumi uzunluğu 750 metrdir və yolun digər çıxışı olmadığından sadəcə hansı məqsədlə salındığı bu günədək qaranlıq olaraq qalır. İddialara görə nə zamansa həmin yol yaxınlıqdakı dəmiryol xəttindən keçməklə metronun "Koroğlu" stansiyasındakı yolayrıcına birləşdiriləcək. Hələliksə həmin dalan yol gec saatlarında harın məmur balalarının meydan suladığı, "inomarka"ların tükürpədici səslər çıxardığı və sürət həddinin bəlkə də saatda 200 kilometri keçdiyi bir cəhənnəmi xatırladır.xa0

Diqqətinizə çatdırım ki, ötən aylar ərzində dəfələrlə yüz faizlik qəza vəziyyətlərinin şahidi olmuşam və sentyabrın19-da özüm yolu keçərkən kosmik sürətlə üstümə şığıyan bir qara rəngli "Kia Optima"nın, ardından qara rəngli "Range Rover"lə ötüşən göy rəngli "Niva" markalı avtomobilin "hücum"una məruz qalmışam, son anda ölümdən dönmüşəm. Anlamadığım bir məsələ "Formual 1" yarışlarını xatırladan həmin poliqonun Binəqədi Polis İdarəsinin yaxınlığında olmasıdır və gecə 22-dən sonra ərazidə yaşanan cəhənnəmə qarşı həra hansı kəsərli tədbirin görülməməsidir.xa0

Hörmətli Ramiz müəllim!

Sentyabrın 20-də axşam saatlarında baş verən dəhşətli qəza baş verməsəydi bəlkə də mən bu məsələni ictimailəşdirməkdən vaz keçərdim və başqaları kimi "mənə nə" deyərək sadəcə özümü həmin yollarda maksimum qorumaqla keçinməyə üstünlük verərdim. Ancaq həmin faciənin ardından ötən gecə (yəni təxminən 1 saat öncə) təkrar həmin yolda ötüşən avtomobillərin əsəblərimi pozması dərhal evə dönərək bu sətirlərinin yazılmasını qaçılmaz etdi.

Sonda millətimizin çox ibratəmiz bir məsələni xatırlatmağı özümə borc bilirəm ki, çobanın istəyi olsa təkədən də pendir tutar. Yəni müvafiq qurumların və səlahiyyətli şəxslərin müdaxiləsi olsa, həmin problemin birdəfəlik həll olunacağına zərrə qədər də şübhəm yoxdur. Yetər ki, ərazidəki kameralar işlək vəziyyətə gətirilsin və "gecə canavarı"na dönən ərköyün məmur balalarına qanunlarımızın sərt üzü göstərilsin. O zaman bir çoxları "gözü çıxmış" qardaşlarının aqibətindən nəticə çıxarmaq məcburiyyətindıə qalacaq...

Hörmətlə,xa0
Baş redaktor Zülfüqar Hüseynzadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO