Gəncədə 40 yaşlı qadın bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü K.Quliyeva bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Gəncədə xəstəxanalardan birinə yerləşdirilib.
Zərərçəkən qadın dərhal əməliyyata götürlüb. Ona ilkin tibbi yardım göstərilib.
İlkin ehtimallara görə, onu tanıdığı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu