Zaqatalada baş verən qəzada ölən şəxsin adı bəlli olub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilir ki, bu gün saat 17 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində Elçin Məmmədovun idarə etdiyi “QAZ-24” markalı avtomobil və 1961-ci il təvəllüdlü İsmayıl Əminovun idarə etdiyi motosiklet toqquşub.
Nəticədə motosikletin sürücüsü, 64 yaşlı İsmayılov Əminov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu