İlqar Hacıyev də prokurorluğa çağırıldı - 17 milyonluq dələduzluqda ittiham olunur

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur.

Bizim.Media xəbər verir ki, Hacıyev İlqar Allaz oğlu barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb.

İ.Hacıyev istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldadıb.
 

Bu yolla o, 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.


İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.

Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya İrana ABŞ bazalarına hücumlar üçün YARDIM EDİR?

Rusiya İrana ABŞ bazalarına hücumlar üçün YARDIM EDİR?

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

ABŞ Məxfi Xidməti: Trampa qarşı təhdidlərin səviyyəsi rekord həddə çatıb - FOTO

ABŞ Məxfi Xidməti: Trampa qarşı təhdidlərin səviyyəsi rekord həddə çatıb - FOTO

Qarabağdakı yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək

Qarabağdakı yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək

Xoşqədəm formada qalma sirrini bölüşdü – VİDEO

Xoşqədəm formada qalma sirrini bölüşdü – VİDEO

Moped sürənlərin NƏZƏRİNƏ – Yeni rüsumlar MÜƏYYƏN OLUNDU

Moped sürənlərin NƏZƏRİNƏ – Yeni rüsumlar MÜƏYYƏN OLUNDU

“Akkord”un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

“Akkord”un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək - RƏSMİ

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək - RƏSMİ

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu YARADILACAQ

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu YARADILACAQ

Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri TƏSDİQLƏDİ

Ayı işıq dirəyinə çıxdı, xilasedicilər gəldi – Video

Ayı işıq dirəyinə çıxdı, xilasedicilər gəldi – Video

Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı

Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı

İlhamə Novruzova vəzifəsindən azad edildi

İlhamə Novruzova vəzifəsindən azad edildi

Azərbaycandan Bolqarıstana neft ixracı KƏSKİN ARTDI

Azərbaycandan Bolqarıstana neft ixracı KƏSKİN ARTDI

Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb

Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb

Bakıda böyük həcmdə içməli su küçəyə axır - VİDEO

Bakıda böyük həcmdə içməli su küçəyə axır - VİDEO

Ukrayna münaqişəsini Filippində keçirilən bir görüşlə həll etmək mümkün deyil – VİDEO

Ukrayna münaqişəsini Filippində keçirilən bir görüşlə həll etmək mümkün deyil – VİDEO

Çimərliklərə gedənlərin NƏZƏRİNƏ

Çimərliklərə gedənlərin NƏZƏRİNƏ

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib

Azərbaycana gələn xarici turistlərin sayında AZALMA

Azərbaycana gələn xarici turistlərin sayında AZALMA

30 yaşlı bloqer estetik əməliyyat zamanı vəfat etdi

30 yaşlı bloqer estetik əməliyyat zamanı vəfat etdi

Karlson Netanyahunun sirrini açdı: “HƏMAS-a vəsait göndərilməsini xahiş edib” - VİDEO

Karlson Netanyahunun sirrini açdı: “HƏMAS-a vəsait göndərilməsini xahiş edib” - VİDEO

Ukrayna taktikanı dəyişdi: Rusiyada yanacaq böhranı qismən zəiflədi

Ukrayna taktikanı dəyişdi: Rusiyada yanacaq böhranı qismən zəiflədi

End of content

No more pages to load

RADİO