Bu gün sınaq imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

İmtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri, 42 buraxılış rejimi əməkdaşı ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız onların şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.


Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyanın baş nazirləri belə ələ salındı – VİDEO

Britaniyanın baş nazirləri belə ələ salındı – VİDEO

Peşə məktəblərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Bu gündən başlayır...

Peşə məktəblərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Bu gündən başlayır...

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Tarixi rekord QIRILA BİLƏR

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Tarixi rekord QIRILA BİLƏR

Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK

Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi GƏLİRLƏR

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi GƏLİRLƏR

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələdi

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələdi

"Bağlanmamış cins şalvar" trendi Z nəslinin yeni dəbinə çevrildi - FOTO

"Bağlanmamış cins şalvar" trendi Z nəslinin yeni dəbinə çevrildi - FOTO

Melaniya Tramp jurnalistin cəzalandırılmasını istəyir - 1 milyard dollarlıq TƏZMİNAT

Melaniya Tramp jurnalistin cəzalandırılmasını istəyir - 1 milyard dollarlıq TƏZMİNAT

İmişlidə yanğın törədən şəxs cəzalandırıldı

İmişlidə yanğın törədən şəxs cəzalandırıldı

Zabratda kanalizasiya suyu stadiona axır - VİDEO

Zabratda kanalizasiya suyu stadiona axır - VİDEO

Ermənistan Prezidenti xəstəxanaya yerləşdirilib?

Ermənistan Prezidenti xəstəxanaya yerləşdirilib?

Moskvada hərbi təyyarə qəzaya uğradı – FOTO

Moskvada hərbi təyyarə qəzaya uğradı – FOTO

Təcili yardıma 38 mindən çox əsassız çağırış - Yalandan zəng edənləri nə GÖZLƏYİR?

Təcili yardıma 38 mindən çox əsassız çağırış - Yalandan zəng edənləri nə GÖZLƏYİR?

Cəlilabadda FACİƏ – 21 yaşlı gənc həyatını itirdi

Cəlilabadda FACİƏ – 21 yaşlı gənc həyatını itirdi

BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO

BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO

Bakıda tələbə oğlanın meyiti tapıldı

Bakıda tələbə oğlanın meyiti tapıldı

Dövlət Neft Fondu qızıl satışını DAYANDIRDI

Dövlət Neft Fondu qızıl satışını DAYANDIRDI

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi – FOTO

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi – FOTO

Belqorodda nikah sarayına PUA hücumu - Bəy və gəlin yaralandı - FOTO

Belqorodda nikah sarayına PUA hücumu - Bəy və gəlin yaralandı - FOTO

Rusiya İrana ABŞ bazalarına hücumlar üçün YARDIM EDİR?

Rusiya İrana ABŞ bazalarına hücumlar üçün YARDIM EDİR?

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

ABŞ Məxfi Xidməti: Trampa qarşı təhdidlərin səviyyəsi rekord həddə çatıb - FOTO

ABŞ Məxfi Xidməti: Trampa qarşı təhdidlərin səviyyəsi rekord həddə çatıb - FOTO

Qarabağdakı yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək

Qarabağdakı yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək

Xoşqədəm formada qalma sirrini bölüşdü – VİDEO

Xoşqədəm formada qalma sirrini bölüşdü – VİDEO

End of content

No more pages to load

RADİO