Ata həbs olunsa da, aliment ödəməlidir? – HÜQUQİ İZAH

Övladın qayğısına qalmaq, onu boya-başa çatdırmaq və ona təhsil vermək hər bir valideynin borcudur. Ailələrin boşanması ilə uşaqları birgə böyütmək mümkün olmur. Amma uşağın harada, kimlə yaşaması valideyni bu borcdan xilas etmir. Ailələr boşandıqda belə uşaq bir valideynlə qalırsa, digər valideyn uşağa maddi dəstək göstərməlidir. Aliment adlandırılan maddi dəstəyin miqdarı valideynin gəlirlərinə uyğun qanunla tənzimlənir.

Bəs aliment ödəyən valideyn həbsxanaya düşərsə, ondan yenə də alimnet tələb olunurmu? Yaxud cəzaçəkmə müəssisəsində olan biri boşanma qərarı verdikdə aliment məsələsi necə həll olunur?

Yaranan suallara aydınlıq gətirmək üçün vəkil Ruslan Mustafayevə müraciət etdik.

Hüquqşünas Bizim.Media-ya bildirib ki, cəzaçəkmə müəssisəində olduğu təqdirdə belə tərəfin nikahın ləğvi və aliment tələbi ilə bağlı iddia qaldırmaq hüququ var:

“Təbii olaraq bu prosesə məhkəmə baxır. İşin faktiki hallarına uyğun olaraq nikahı ləğv edir və aliment tələbini də təmin edir”.

Həbsxanada olan ailə başçısından aliment tələbinə gəldikdə isə vəkil bunun aşağıdakı hallarda mümkün olduğunu deyib:

“Ola bilər ki, şəxs barəsində aliment tutulması ilə bağlı qərar var və o, qərardan sonra fərqli cinayətlə bağlı həbs olunur. Belə olan təqdirdə alimentin icrası məsələsində praktikada ciddi problemlər var. Şəxs həbsxanada olduğu müddətdə alimentin ondan tutulması olduqca problemli məsələdir. Düzdür, qanunvericilikdə həbsxanada olan şəxslərin işləməsi, hətta əməkhaqqı almaq hüquqları var. Amma bu təcrübədə çox nadir hallarda baş verir. Bunun səbəblərini isə araşdırmadan nəsə demək doğru olmaz.

Əgər şəxs həbsxanada işləyirsə, rəsmi gəlirləri varsa, təbii olaraq alimentin tutulması onun həbsxanada olmasına rəğmən rəsmi yönələ bilər. Yox əgər şəxs orda işləmirsə, rəsmi gəlirləri yoxdursa, qərarın icrası mümkün olmur və həmin şəxsin həbsdən çıxmasından sonra artıq icra məmuru alimentin tutulmasını həyata keçirməsi ilə bağlı müvafiq addımlar atır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

End of content

No more pages to load

RADİO