“Evdən kömək olmadığı üçün bəzi xanımlara təmənnasız yardımçı olmuşuq” – Qızların xaricdə təhsil nisgili

“Ali, xüsusilə xaricdə təhsildə gender məsələsində əsas ziddiyyət budur: qızlar xaricə daha çox getmək istəsə də,xa0 reallıqda bu, elə deyil. Ya evdən icazə vermirlər, ya da başqa səbəblər ortaya çıxır. Qızlar şikayətlənir ki, evdən deyirlər ki, ailə qur sonra get”.

Moderator.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu deyib.

“Xaricdə təhsildə oğlanlar daha çox üstünlük təşkil edir. Elə hallar olub ki, evdən heç kim kömək etmədiyinə görə, bəzi xanımlara heç bir təmənna olmadan kömək etmişik. Hətta dövlət proqramı əsasında dəstək vermişik və xaricdə təhsili başa vurub qayıdıblar. Belə hallarda biz güzəştlər nəzərdə tuturuq. Çalışırıq müəyyən imkanlar yaradaq. Bu halda hissə-hissə ödəmək, ucuz və ya pulsuz təsil almaq üçün universitetin tapılması üçün imkan daxilində köməyimizi əsirgəmirik. Bununla bağlı bir neçə dəfə ailələrlə söhbətlər aparmışıq. Bizlə danışıqlardan, məntiqli cavab tapandan sonra valideynlər çox hallarda razılıq veriblər”.

Sərdar bəy qeyd edib ki, bu gün xaricdə təhsildə 60-65% oğlanlar, 40-35% qızlar təşkil edir. Həmçinin, o, qızların daha çox qiyabi təhsilə üstünlük verdiyini də əlavə edib.

FONO təhsil-tədris qurumunun müdir müavini Nəzərbəy Hacıağayev açıqlamasında bildirib ki, bu proseslərdə, yəni xaricdə təhsildə hər hansı gender bərabərsizliyi müşahidə etməyib:

“Deyərdim ki, gender bərabərsizliyi olursa, bu da xanımların xeyrinə olur. Bilirsiz, icazə verməyən valideynlər də var. Qızların nəinki xaricə, hətta ölkəmizdə təhsil almasına imkan vermirlər. Belə valideynlərin qızları isə nəinki xaricə gedib çıxa bilmir, hətta valideyn təziqindən mərkəzimizə də gələ bilmirlər. Abituriyent olan şəxslərin əksəriyyəti 18 yaşından kiçik şəxslər olur. Onlar müstəqil qərar qəbul edə bilmirlər. Buna qanun da icazə vermir. Ona görə də onlar həm maddi, həm də hüququ cəhətdən öz qərarlarını verə bilmədiyi üçün bizim mərkəzimizə və ya başqa mərkəzlərə gəlib hər hansısa söhbət aparmır. Bu yaşda olan gəncin əvəzinə danışmaqda səlahiyyətli olan valideynlər gəlib bu müzakirələri aparmalıdır. Valideynin istəyi olmadığı halda gəncin də bu sevdası baş tutmur. Çox nadir hallarda gənc öz arzusuna çata bilir. Bu zaman isə həmin gəncin sözün həqiqi mənasında intellekt küpü olması gərəklidir. O, savadı, biliyi, intellektual səviyyəsi, dünyagörüşü və dil bilgisi ilə hər hansısa beynəlxalq proqramın diqqətini özünə cəlb edə bilsin. Həmin proqramxa0 da gənci hərtərəfli təminatını həyata keçirə biləcək səviyədə olsun.xa0 Bu zaman da bəzi hüququ sənədləşmədə valideynin icazəsi mütləqdir”.

Nəzərbəy qeyd edib ki, ödənişlər zamanı xanımlar və bəylər arasında fərq məsələsində gender bərabərliyinə hörmətlə yanaşırıq. Ödənişlər zamanı müştərinin cinsi nəzərə alınmır.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

İsa Həbbibəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

İsa Həbbibəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

Biricit Makronu yenidən vurub? – VİDEO

Biricit Makronu yenidən vurub? – VİDEO

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Rayonlarda dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Rayonlarda dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sərnişinlərin NƏZƏRİNƏ – Qatarların hərəkət qrafiki dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ – Qatarların hərəkət qrafiki dəyişdiriləcək

Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı – VİDEO

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı – VİDEO

İyul ayına olan HAVA PROQNOZU: 42 dərəcə isti olacaq

İyul ayına olan HAVA PROQNOZU: 42 dərəcə isti olacaq

Səbinə Mehdiyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Səbinə Mehdiyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ – FOTO

İyul ayında beş BÜRCÜ inanılmaz sürprizlər GÖZLƏYİR

İyul ayında beş BÜRCÜ inanılmaz sürprizlər GÖZLƏYİR

Venesuelada güclü ZƏLZƏLƏ oldu

Venesuelada güclü ZƏLZƏLƏ oldu

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib – RƏSMİ

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib – RƏSMİ

Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Bir ayda Azərbaycanda 6 bank filialı və 1 şöbə bağlanıb

Bir ayda Azərbaycanda 6 bank filialı və 1 şöbə bağlanıb

Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO