Vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI

Zaqatalada onlarla şəxsi müxtəlif yollarla aldadan, əmlaklarını ələ keçirən “Makler İsa” kimi tanınan İsa Abdullayevin sensasion səs yazıları yayılıb. Həmin səs yazıları artıq hüquq-mühafizə orqanlarına da təqdim edilib.

Bizim.Media xəbər verir ki, İsa Abdullayev barəsində təkcə Zaqatalada ən azı 19 nəfər şikayətçi var.

Onlar müvafiq dövlət qurumlarına şikayətlər edib. Həmin şikayətlərin məzmunu dələduzluq, torpaq alqı-satqısı, əmlak satışı zamanı əldə edilən pulun ələ keçirilməsi formasındadır.

İsa Abdullayevin müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək məhkəmələrə, dövlət idarələrinə təsir etməyə çalışdığı, əmlakını ələ keçirdiyi şəxsləri həmin vəzifəli şəxslərin adından istifadə edərək aldatdığı üzə çıxıb.

FOTODA İsa Abdullayev



Məsələn, İsa Abdullayev bir çox yerlərdə özünü Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yaxın qohumu kimi təqdim edir. Soyad oxşarlığını da sübut kimi təqdim edir.

Redaksiyamıza daxil olan səs yazılarında İsa Abdullayev Fərhad Abdullayevlə qohum olduğunu nümayişkaranə şəkildə deyir. Lakin araşdırmamız zamanı məlum olub ki, “Makler İsa”nın Fərhad Abdullayevlə heç bir qohumluğu yoxdur.
 

Həmçinin Şəki Ağır Cinayətlər məhkəməsinin sədri Rafael Əliyevlə yaxın münasibətinin olduğunu aşağı instansiya məhkəmələrindəki işlərində dilə gətirir. O, səs yazılarında Rafael Əliyevə necə göstərişlər verdiyini, aşağı instansiya məhkəmələrindəki işlərini onun tapşırıqları ilə həll etdiyini deyir.


Abdullayev həmçinin “Qarabağ” Futbol Klubunun baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovla da qohum olduğunu deyərək ayrı-ayrı şəxslərin yanında nüfuz, etibar qazanmağa çalışır. O, Qurban Qurbanovun və özünün avtomobilinin dövlət nömrə nişanının sonunun “013”lə bitməsini bu qohumluğun işarəsi kimi təqdim edir.

Bununla da bitmir. İsa Abdullayev özünü Ali Məhkəmənin hakimlərindən birinin varisi kimi də təqdim edərək 20 min dollarlıq dələduzluq edib. O, özünü hakimin varisi kimi təqdim edərək xeyli sayda antik əşyaların ona qalacağını deyib.

İsa Abdullyevin hüquq-mühafizə orqanlarına təqdim edilən səs yazılarından bəzi hissələri qısa olaraq təqdim edirik:

- “Həmişə məhkəmələrə pul vermişəm ki, adım hallanmasın. Nazirlikdə Zeynəb xanım var. Bizim qohumdur, notariusları o yoxlayır. Deyir ki, burada İsa Abdullayevin nə qədər adı keçir? Tələbkarlıq, borc müqavilələri, torpaq alqı-satqısı… Dedim ki, nə olsun? Buna görə indiyə qədər heç kimə ağız açmamışam”.

- “Mən 35 ildir məhkəmələrdəyəm. Güllələmə, türmə söhbətləri olanda onsuz da pul verib həll edəcəyik. Lap ağır iş də olsa, mənim yerimə kimsə danışacaq, kömək edəcəklər”.

- “Mənə Zaqatalada “Bandit İsa” deyirlər. Məndən hər yerə şikayət edirlər. Amma hamısı rədd edilir. Məndən şikayətçi olan Zaur deyib ki, İsa “banditdir”. İstintaqda ona “biz “banditin” arxasındayıq. Hər adama belə ad verə bilməzlər” deyiblər. Məni necə müdafiə ediblərsə, utanmışam”.

- “Mən danışmışam, Zaura ən ağır maddə veriblər. İşi həll etmişəm”

Qeyd edək ki, səs yazılarında İsa Abdullayev ölkə rəhbərliyində təmsil olunan ən ali şəxslərin, hakimlərin ünvanına nalayiq ifadələr işlətdiyini açıq şəkildə bildirir. Hətta iddia edir ki, onun bu söhbətlərindən bütün rəsmi qurumlar məlumatlı olub və onun bu işinin üstünü də bağlayıblar.

Xatırladaq ki, İsa Abdullayevin adı Azərbaycan Beynəlxalq Bankının (ABB) Zaqataladakı filialında baş verdiyi iddia edilən cinayət işi ilə ortaya çıxmışdı. Bankın kassiri Zaur İsmayılovun 2018-ci ilin sonlarında özünə müraciət etmiş İsa Abdullayev adlı müştərini aldadaraq 81 min manat pulunu ələ keçirdiyi bildirilir. İttihamda qeyd edilir ki, Zaur illik 10 faiz qazanc əldə edəcəyi vədi ilə İsa Abdullayevi aldadıb.
 

Amma Zaur İsmayılov özünün İsa Abdullayevin qurbanı olduğunu, 350 minlik əmlakının ələ keçirildiyini deyir. Belə ki, Zaur torpaq və ev alqı-satqısı ilə məşğul olan İsa Abdullayevə obyektinin satışını etibar edib. Həmçinin qardaşından və bankdan kredit götürərək İsa Abdullayevə qazanc əldə etmək üçün verib. Zaurun İsa barəsində hüquq-mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlərin nəticəsi olmayıb.


Şəki Ağır Cinayətlər Məhkəməsi Zauru törətdiyi əməldə təqsirli bilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

Bu reklama görə 20 milyon qazandı

Bu reklama görə 20 milyon qazandı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

End of content

No more pages to load

RADİO