Daha yeddi qanun layihəsi parlamentin plenar iclasına TÖVSİYƏ OLUNDU - FOTO

Martın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, komitə sədri Əli Hüseynli gündəliyə 7 məsələnin daxil edildiyini açıqlayıb.

İlk növbədə, “Mediasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məsələ ilə bağlı məlumat verib. Qeyd edilib ki, qanun layihəsində etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlılığının artırılmasına xüsusi diqqət yetirilib. Layihədə mediasiyanın nüfuzunun və effektivliyinin artırılması, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərin sertifikatlarının qüvvədə olma müddətinin müəyyən edilməsi də nəzərdə tutulub.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin ikinci məsələsi - Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair məlumat verib.
 

Bildirilib ki, dəyişiklik təklif olunan qanun layihələrində uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilməsi nəzərdə tutulub. Bundan başqa, qəyyumluq və himayəçilik orqanlarının qərarlarının bir iş günü ərzində Elektron Hökumət İnformasiya Sisteminə daxil edilərək onların fəaliyyətinin daha operativ həyata keçirilməsi planlaşdırılıb.


Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva gündəliyin üçüncü məsələsi - İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib.

Məlumat verilib ki, qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb.

Sonra gündəliyin digər 4 məsələsi - “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Feldyeger rabitəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri nəzərdən keçirilib.

Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Elşən Musayev, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev çıxış ediblər.

Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

Bu reklama görə 20 milyon qazandı

Bu reklama görə 20 milyon qazandı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

End of content

No more pages to load

RADİO