Sevilən müənni, əməkdar artist Nüşabə Ələsgərli yay aylarını yaradıcılıqla deyil, şəxsi işləri ilə məşğul olduğunu deyib.xa0
N.Ələsgərli bu haqda Moderator.az-a danışıb:
“Bildiyiniz kimi universitetdə işləyirəm. Bundan başqa da öz yaradıcılığıma həmişə vaxt ayırıram. Yay aylarında isə yaradıcılıqdan çox öz şəxsi işlərimə vaxt ayırdım. Hal - hazırda isə işlər başlayıb. Bu gün bir tədbirlə bağlı Şəki şəhərinə gəlmişəm, burda çıxış edəcəm. Sentyabr ayından sonra İnş Allah yeni mahnılarımla tamaşaçılarımı sevindirəcəm”.xa0
Vasif Əlihüseyn