Tələbə kartları ictimai nəqliyyatda da keçərli olacaq?

Bir müddət əvvəl "TələbəPlus" kartı müəyyən güzəşt və imtiyazlarla tələbələrin istifadəsinə verildi. Lakin tələbələrin bir qismi bu kartların onları qane etmədiyini bildirir, adi debet kartdan fərqlənmədiyini iddia edir. Onların əksəriyyəti mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını istəyirlər.

Məlumat üçün bildirək ki, bu kartın tətbiq olunduğu bir çox ölkələrdə metro, avtobus və qatar biletlərində, velosiped və skuter icarəsində tələbələrə güzəştlər tətbiq edilir.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub"

"TələbəPlus" layihəsini həyata keçirən Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır: "Eyni anda bir neçə funksiyanı yerinə yetirən "TələbəPlus" kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir.

Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir".

Muzeylərdə güzəştlər nəzərdə tutulub

Qurum rəsmisi bildirir ki, Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində, həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Park Bulvar AVM" ilə Əməkdaşlıq Memorandumu imzalanıb.

İctimai nəqliyyatda güzəşt tətbiq olunacaq?

İctimai nəqliyyatda endirim məsələsinə gəldikdə isə, N.Qədirova vurğulayır ki, bu, birbaşa olaraq Təhsilin İnkişafı Fondu, Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil:

"Müvafiq qurumlarla danışıqlar aparılır. Bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə rəsmi açıqlama veriləcək. Təhsilin İnkişafı Fondu "TələbəPlus"a daha çox tərəfdaşın qoşulması üçün öz təşəbbüsü ilə yerli və beynəlxalq şirkətlərlə gündəlik görüşlər həyata keçirir. Tələbələrin istəklərinə uyğun, xüsusilə onların aktiv istifadə etdiyi məkanlar (dəftərxana və kitab, geyim mağazaları, kinoteatr, kafe və restoranlar, təlim və sağlamlıq mərkəzləri) ilə əməkdaşlığa xüsusi önəm verilir. Bu şirkətlərlə yanaşı Fonda müraciət edən digər özəl müəssisələrin də proqrama qoşulmasında heç bir maneə yoxdur. Fond hər seqmentdən olan iaşə müəssisələrinin müraciətlərini qəbul edir. Təhsilin İnkişafı Fondu hər bir dövlət və özəl şirkət ilə bu prosesdə əməkdaşlıq etməyə açıqdır".

190 000 tələbə kartla təmin edilib

Məlumat üçün bildirək ki, əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitetdə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 000 tələbə "TələbəPlus" kartı ilə təmin edilib. Qurumdan bildirilir ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin, təxminən 70 000 nəfərin də bu layihədən yararlanması nəzərdə tutulur.

İctimai nəqliyyatda keçərlilik olmadığı halda... 

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, "TələbəPlus" kartının tətbiq olunduğu bütün ölkələrdə kartın əsas üstünlüyü onun məhz ictimai nəqliyyatda keçərlilik göstəricisidir:

"Tələbə kartları dünyanın bir çox ölkəsində tələbələr üçün xüsusi imtiyazlar və güzəştlər təqdim edən vacib vasitədir. Bu kartlar əsasən tələbələrin ictimai nəqliyyatda, restoranlarda, dükanlarda və digər xidmət sahələrində endirimlərdən faydalanmalarına şərait yaradır. İnkişaf etmiş ölkələrdə vahid tələbə kartları daha çox ictimai nəqliyyat vasitələrindən istifadə zamanı tətbiq olunur. Bu kartlar vasitəsilə tələbələr ictimai nəqliyyatdan bəzi ölkələrdə tam ödənişsiz, bəzilərində isə böyük endirim faizləri ilə istifadə edirlər.

Məsələn, Polşa, Macarıstan, Avstriya, İsveçrə, İsveç, Almaniya, Estoniya, ABŞ, Kanada, Yaponiya, İtaliya və s. kimi ölkələrdə oxuyan gənc soydaşlarımızın hamısı bu kartlardan razılığını qeyd edirlər. Ötən il Təhsilin İnkişafı Fondu bu məsələ ilə bağlı yeniliyi ictimaiyyətə çatdırdı. Biz də bunu xüsusi sevinclə qarşıladıq.

Hətta bu barədə təhlil və açıqlamalarımızda yalnız pozitiv məqamlara diqqət çəkdik. Amma kartın üstünlükləri həmin kartı tanıyan şirkət, şəbəkə və xidmətlərin kəmiyyət və keyfiyyətindədir. Azərbaycanda ictimai nəqliyyatda keçərlilik olmadığı halda tələbələrimizin "TələbəPlus" kartını sevməsi çox da inandırıcı görünmür".

"Keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var"

E.Nuri vurğulayır ki, "TələbəPlus" hər bir halda müsbət layihədir: "Bir çox tələbələrin sosial şəbəkələrdə kartla bağlı fikirlərinin tam da müsbət olmadığını görürük. Amma ən azından bu kart tələbə bileti ilə endirim kartını, təqaüd kartını birləşdirən vahid sənəd kimi çox vacibdir. Keyfiyyət göstəricilərinin artırılmasına isə təbii ki, xüsusi ehtiyac var".

Həmsöhbətimiz vurğulayır ki, dünyada tələbə kartları ictimai nəqliyyatda güzəştlər, xidmət sahələrində xüsusi endirimlər, sosial dəstək üzrə qruplaşdırılır: "Bizdə tətbiq olunan tələbə kartlarında xidmət sahələrində endirim aktivdir. Buna görə tərəfdaşlara və təşkilatçılara təşəkkür edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

"Çəhrayı Pantera"nın fon musiqisinin ifaçısı vəfat etdi – FOTO

"Çəhrayı Pantera"nın fon musiqisinin ifaçısı vəfat etdi – FOTO

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu – FOTO

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu – FOTO

Azərbaycanın Türkiyə və Özbəkistandakı yeni səfirləri KİMDİR? – DOSYE

Azərbaycanın Türkiyə və Özbəkistandakı yeni səfirləri KİMDİR? – DOSYE

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı 2 dəfədən çox ARTIRILDI - FOTO

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı 2 dəfədən çox ARTIRILDI - FOTO

Rəşad Aslanov Türkiyəyə səfir TƏYİN EDİLDİ – SƏRƏNCAM

Rəşad Aslanov Türkiyəyə səfir TƏYİN EDİLDİ – SƏRƏNCAM

“BMW” ABŞ-da yüzminlərlə avtomobilini geri çağırır - ŞOK SƏBƏB

“BMW” ABŞ-da yüzminlərlə avtomobilini geri çağırır - ŞOK SƏBƏB

Rəşad Məmmədov Özbəkistana səfir TƏYİN OLUNDU

Rəşad Məmmədov Özbəkistana səfir TƏYİN OLUNDU

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri ÇAĞIRILDI

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri ÇAĞIRILDI

Təkcə sirkə deyil: Çaydandakı ərpi təmizləməyin altı ev üsulu

Təkcə sirkə deyil: Çaydandakı ərpi təmizləməyin altı ev üsulu

İlham Əliyev "Kraudfandinq haqqında" qanunu TƏSDİQLƏDİ

İlham Əliyev "Kraudfandinq haqqında" qanunu TƏSDİQLƏDİ

Prezidentdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər”- Vəzifəli şəxslər həbs edildi

Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər”- Vəzifəli şəxslər həbs edildi

İcbari tibbi sığorta şəhadətnaməsi ELEKTRON QAYDADA veriləcək

İcbari tibbi sığorta şəhadətnaməsi ELEKTRON QAYDADA veriləcək

20 manatlıq dövlət rüsumu LƏĞV OLUNDU

20 manatlıq dövlət rüsumu LƏĞV OLUNDU

İran ABŞ-ın İraq Kürdüstanındakı konsulluğuna zərbə endirdi – VİDEO

İran ABŞ-ın İraq Kürdüstanındakı konsulluğuna zərbə endirdi – VİDEO

Hacıbaba Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Hacıbaba Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

AAYDA-ya məxsus MMC ləğv olundu

AAYDA-ya məxsus MMC ləğv olundu

CHP-dən istefa verib - Yeni partiya yaratdı

CHP-dən istefa verib - Yeni partiya yaratdı

End of content

No more pages to load

RADİO