Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir - 11 APRELDƏN

Aprelin 11-dən qardaş Özbəkistan istehsalı olan “Çimildik” super-komediyasının Azərbaycanın kinoteatrlarında nümayişinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, super-komediyanı uzun müddət Azərbaycan televiziya məkanında populyar olan Özbəkistan istehsalı olan “Namus” serialının müəllifləri lentə alıb.

Komediyada sevib evlənən Tohir və Zuxranın həyatından bəhs edilir. Bu gənc cütlük bir-birini çox sevsə də, kiçik ailə fikir ayrılıqları üzündən boşanmaq qərarına gəlirlər. Boşanma ilə bağlı məhkəmə qərarını aldıqdan sonra onlar özlərini rahat hiss edirlər və dərhal yeni, azad həyat üçün müxtəlif istiqamətlərə yola düşürlər. Lakin tale onlara gözlənilməz sürprizlər yaşadır. Onlar gecələr harda yuxuya getməsindən asılı olmayaraq, hər səhər incəsənət muzeyində quraşdırılmış çimildik – ilk toy gecəsini simvolizə edən ənənəvi toy çadırının içərisində oyanırlar.

Onlar arasında davamlı olaraq mübahisə gedir və bir-birlərindən mümkün qədər tez qurtulmağa çalışırlar. Lakin hər səhər yenə həmin çimildikdə bir araya gəlirlər. Bu vəziyyət hər gün təkrarlanır və onlar baş verənlərə görə bir-birini günahlandırmağa başlayırlar. Bu sirrə son qoymaq ümidi ilə hətta ekstrasensə müraciət edirlər.

Bu çimildikin arxasında hansı sirr gizlənir? Bu sualın cavabını film personajlarının insan münasibətləri, dəyərləri və sınaqlarından bəhs edən “Çimildik” filmində tapmaq olar.

Film Azərbaycan dilinə IRS dublyaj studiyası tərəfindən dublyaj edilib. Əsas rolları dublyaj aktyorları Yemin Nəsirli və Nəzakət Məmmədli səsləndirib və prosesdə onlarla tanınmış azərbaycanlı səs aktyoru və aktrisası da iştirak edib. Tərcümə, montaj və üslub Ülviyyə Heydərovaya məxsusdur. Filmin dublyaj rejissoru Rövşən Məmmədlidir.

Qeyd edək ki, “Çimildik” super-komediyasının premyerası aprelin 1-də Özbəkistan, Azərbaycan və Qazaxıstan kinoteatrlarında baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

End of content

No more pages to load

RADİO