“Porsche” avtomobillərini Rusiyaya kimlər daşıyır? – AÇIQLAMA/VİDEO

Məlumdur ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Avropanın xüsusilə avtomobil istehsalçı ölkələri Rusiyaya qarşı sanksiyalara başladılar. Sanksiyalar nəticəsində Avropa istehsalı avtomobillərin Rusiyaya satışı tamamilə dayandı. Britaniyanın nüfuzlu “Sky News” telekanalı isə bu yaxınlarda xəbər yayıb ki, bu ölkənin, eləcə də ayrı-ayrı avtomobil istehsalçısı olan Avropa ölkələrinin avtomobilləri Azərbaycana idxal olunmaqla oradan da sanksiyalar altında olan Rusiyaya satılır.

Məlumatda qeyd edilib ki, təkcə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı tammiqyaslı müharibənin başlanmasından əvvəlki beş illik dövrlə müqayisədə 2000% artıb ki, bu da tamamilə görünməmiş bir sıçrayışdır. Cənubi Koreya, Yaponiya, Almaniya kimi ölkələrin də istehsalı olan avtomobillərin Azərbaycana gətirilib buradan Rusiyaya idxal edildiyi qeyd olunur. Bu isə həmin avtomobil şirkətlərinin Azərbaycanda olan nümayəndəliklərinin işğalçı müharibə aparan Rusiyaya dəstək verməsi kimi dəyərləndirilir.

Bizim.Media “tribunainfo.az”a istinadən xəbər verir ki, sanksiya altında olan Rusiyaya Azərbaycandan Alman istehsalı olan “Porsche” avtomobillərinin daşındığını əks etdirən görüntülər də var.

Sözügedən görüntülərdən məlum olur ki, ən az 5 “Porsche” avtomobilinin yükləndiyi yük maşını sərhədi keçməyə hazırlaşır.

Bu daşınmanı kimlər həyata keçirir, məlum deyil.

Azərbaycanda “Porsche” avtomobillərinin rəsmi dileri “Porshe Bakı Mərkəzi”dir. Azərbaycanda “Porsche” avtomobillərinin yeganə rəsmi dileri bu mərkəz olduğuna görə diqqətlər ilk olaraq ona yönəlir. Ancaq bu ehtimallardan biridir. Digər ehtimallardan biri də budur ki, bu avtomobilərin Rusiyaya daşınmasını, qanunsuz satışını Qazaxıstan nümayəndəliyi həyata keçirir.

Mərkəzin bu daşınmalardan məlumatının olub-olmaması maraq doğurur. Daşımaları kimin və ya kimlərin həyata keçirməsi ilə bağlı “Porsche Bakı Mərkəzi” məlumatlıdırmı? Bununla bağlı mərkəz indiyə qədər hər hansısa addım atıbmı və ya atmaq barədə düşünürmü? Ümumiyyətlə, “Porsche Bakı Mərkəzi” bu daşımaları həyata keçirə bilərmi?

Bu suallara cavab olaraq “Porsche Bakı Mərkəzi”ndən bildirdilər ki, “Porsche Bakı Mərkəzi” olaraq yalnız Azərbaycan vətəndaşlarına avtomobil satır və xidmət göstərirlər:

“Bundan əlavə, alqı-satqı müqavilələrimizdə də bu məqam öz əksini tapıb. Xüsusilə vurğulamaq istərdik ki, qeyd etdiyiniz məsələ ilə bağlı “Porsche Bakı Mərkəzi”nin heç bir əlaqəsi yoxdur. Lakin Gürcüstandan və xüsusilə Avropadan gətirilən “Porsche” avtomobilləri tranzit qaydada Azərbaycan sərhədini keçərək digər ölkələrə göndərilə bilər və biz özümüz də belə daşınmaların dəfələrlə şahidi olmuşuq.

Əlavə olaraq bildiririk ki, “Porsche” brendi üçün Azərbaycan bazarı kiçik olduğundan, avtomobilləri digər ölkələrə ixrac edəcək qədər böyük kvota əldə etmək imkanımız da yoxdur.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirik ki, avtomobili xaricə satmaq məqsədi ilə almaq istəyən şübhəli müştəri aşkar edildikdə, alqı-satqı müqaviləsinə bu məsələyə dair xüsusi bənd əlavə edilir və həmin şəxsə avtomobili aldıqdan sonra 6 ay müddətində üçüncü şəxslərə satmaq qadağan olunur. Bu, qismən istehlakçı hüquqlarının pozulması kimi görünsə də, “Porsche Bakı Mərkəzi” olaraq biz qabaqlayıcı tədbirlərimizi təmin edirik”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Bu gün ilin ən qısa günüdür – GPS sistemləri üçün risk yarana bilər

Günayın Misir tətili - Fotolar

Günayın Misir tətili - Fotolar

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Pozitiv və enerjili günün sirri: səhər bunları edin

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

Dondurulmuş yoqurt, yoxsa dondurma: Hansı daha sağlam seçimdir?

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

BMT-nin Baş katibi 17 ildən sonra Suriyada

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

Özcanın Dənizin anası bacısını buna görə məhkəməyə verdi

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Argentinanın ən maraqlı adəti: Bir stəkandan çay içirlər

Bu içki yaşlanmanı ləngidir

Bu içki yaşlanmanı ləngidir

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Evdə cırıq paltar saxlamaq uğursuzluq gətirir? – Mif, yoxsa həqiqət?

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Rusiyanın bu hava limanı bağlandı

Rusiyanın bu hava limanı bağlandı

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

End of content

No more pages to load

RADİO